Icma.az
close
up
RU
Türk dövlətlərini birləşdirən dərin tarixi və mənəvi köklər

Türk dövlətlərini birləşdirən dərin tarixi və mənəvi köklər

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Qəbələ şəhəri mühüm tarixi hadisəyə ev sahibliyi edir - Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü keçirilir. Bu Zirvə təkcə Türk dünyasının deyil, həm də qlobal siyasətin diqqət mərkəzindədir. Çünki müasir beynəlxalq münasibətlər sistemində Türk Dövlətləri Təşkilatı artıq regional əməkdaşlıq platformasından çıxaraq ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşmaqdadır.

Türk dövlətlərini birləşdirən dərin tarixi və mənəvi köklər, ortaq dil, din, mədəniyyət və ənənələr bu təşkilatın təməl daşıdır. Lakin bu gün bu birliyi daha möhkəm edən təkcə ortaq keçmiş deyil, həm də ortaq gələcəyə yönəlmiş strateji baxış, qarşılıqlı etimad və siyasi iradədir. Türk Dövlətləri Təşkilatı regionda sabitlik, təhlükəsizlik, iqtisadi inteqrasiya və dayanıqlı inkişafın təminatına çevrilməkdədir.

Azərbaycanın ev sahibliyi etdiyi bu Zirvə həm simvolik, həm də strateji baxımdan əlamətdardır. Qəbələdə keçirilən görüş bir daha nümayiş etdirir ki, Türk birliyi ideyası artıq real siyasi, iqtisadi və humanitar layihələrlə dəstəklənir. Nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsi, enerji marşrutlarının şaxələnməsi, müdafiə sənayesi və təhsil sahəsində əməkdaşlıq Türk dünyasının inteqrasiyasını yeni mərhələyə yüksəldir.

Azərbaycan Prezidenti tərəfindən dəfələrlə vurğulandığı kimi, bu gün Türk Dövlətləri Təşkilatı yalnız mədəni və mənəvi birlik platforması deyil, həm də geosiyasi güc mərkəzidir. Bu güc, üzv ölkələrin bir-birinə etimadına, ortaq maraqlarının qorunmasına və beynəlxalq arenada vahid mövqedən çıxış etməsinə əsaslanır.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və müşahidəçi üzv Macarıstan bu təşkilat çərçivəsində vahid strateji ailə kimi hərəkət edir. Bu ailə təkcə iqtisadi və mədəni müstəvidə deyil, həm də qlobal çağırışlara qarşı birgə cavab vermək gücünə malikdir.

Zirvə görüşünün gündəliyində yer alan məsələlər – enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri, humanitar əməkdaşlıq və müdafiə sahəsində koordinasiya – Türk dünyasının qarşısında duran yeni imkanları və vəzifələri əks etdirir. Bu istiqamətlərdə qəbul olunacaq qərarlar, şübhəsiz ki, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da artıracaq.

Bu gün Türk birliyi yalnız coğrafi yaxınlığın deyil, həm də ortaq mənəvi, siyasi və iqtisadi dəyərlərin birliyinin ifadəsidir. Bu birliyin gücü həm tarixdən, həm də çağdaş dünyada xalqlarımızın qardaşlıq ruhundan qaynaqlanır.

Azərbaycan xalqı da bu prosesin önündə olmaqdan qürur duyur. Qarabağın və Şərqi Zəngəzurun bərpası dövründə Türk dünyası ölkələrinin göstərdiyi dəstək, qardaşlıq münasibətləri bu birliyin canlı təzahürüdür. Füzulidə, Ağdamda, Cəbrayılda və digər azad edilmiş bölgələrdə qardaş ölkələrin tikdirdiyi məktəblər, mədəniyyət ocaqları və ibadət yerləri Türk həmrəyliyinin parlaq nümunəsidir.

Bu gün Qəbələdən dünyaya verilən mesaj aydındır: Türk Dövlətləri Təşkilatı artıq müasir beynəlxalq sistemdə öz sözünü deyən, sabitliyə, əməkdaşlığa və ədalətə əsaslanan yeni geosiyasi güc mərkəzidir.

Türk birliyi – tariximizin irsindən doğan, gələcəyimizi birləşdirən ən böyük dəyərimizdir.

Mansur QULİYEV

YAP Ağdam rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri