Icma.az
close
up
RU
TƏBİB və İTS media nümayəndələri üçün təlim keçirdi Fotolar

TƏBİB və İTS media nümayəndələri üçün təlim keçirdi Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı ilə müxtəlif media qurumlarının nümayəndələri və TƏBİB-in nəzdindəki tibb müəssisələrində fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təlim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Təlim TƏBİB-in “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası” çərçivəsində təşkil olunub.

Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qeyd edib ki, təşkil edilən təlimin əsas məqsədi media nümayəndələrinin tibbi savadlılığının artırılması, TƏBİB-in fəaliyyət istiqamətləri üzrə mediada tez-tez təkrarlanan yanlışlıqlara aydınlıq gətirilməsi, piar və effektiv kommunikasiya kimi mövzularda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin bilik və bacarıqlarının artırılmasından ibarətdir:

“Təlim müddətində həm də icbari tibbi sığorta sistemində ambulator dərman vasitələri ilə təminat, dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesində TƏBİB-in rolu məlumatlılığın artırılması, eləcə də emosional sağlamlıq və emosional zəka mövzularında interaktiv məşğələlərin keçirilməsi nəzərdə tutulub”.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, bu il icbari tibbi sığortaya müraciətlərdə artım dinamikası davam edib: 

“Cari ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində vətəndaşlara 86 milyondan çox tibbi xidmət göstərilib. Əhali tərəfindən dövlət tibb müəssisələrinə müraciətlər 4%, xidmətlərin icrası isə 12% artıb. Eyni zamanda dövlət tibb müəssisələrində 347 mindən çox əməliyyat icra olunub.

Ən çox uroloji, təbii doğuş və qeysəriyyə əməliyyatları üstünlük təşkil edib. Özəl tibb müəssisələrinə 10 ay ərzində verilən 260 mindən çox göndəriş isə vətəndaşların seçim imkanlarını və tibbi xidmətlərə əlçatanlığı daha da genişləndirib”.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu deyib ki, 2025-ci ilin 11 ayı ərzində müxtəlif media subyektlərindən şöbəyə 5 060 sorğu daxil olub:

“Onlardan 4 953-ü cavablandırılıb. 107 sorğu isə TƏBİB-in səlahiyyətlərinə aid olmayıb və onlar müvafiq olaraq yönləndirilib”.

E. Hidayətoğlu eyni zamanda media nümayəndələrindən daxil olan sorğuların mövzuları, medianın diqqət etməsi zəruri olan mövzular, sorğuların cavablandırılma qaydaları ilə bağlı iştirakçıları məlumatlandırıb.

Agentliyin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bildirib ki, dərman vasitələrinin təminat prosesi sistemli və şəffaf qaydada həyata keçiriləcək: 

“Dərman vasitələrinin pozitiv siyahıya daxiledilməsi müəyyən olunmuş meyarlara əsasən qiymətləndiriləcək və siyahı rübdə bir dəfə yenilənəcək. Ambulator dərman təminatı prosesində özəl aptek təşkilatları ilə əməkdaşlıq ediləcək. Aptek lisenziyası olan və müvafiq əczaçılıq üzrə sertifikasiyadan keçmiş əczaçılardan ibarət işçi heyətə sahib olan aptek təşkilatları Agentliklə əməkdaşlıq üçün könüllü müraciət edə biləcəklər. Pozitiv siyahıda yer alan dərman vasitələrinin şərti kompensasiya məbləğinin 100%-i Agentlik tərəfindən qarşılanacaq ki, bu da keyfiyyətli və təhlükəsiz dərman vasitələrinin əlçatanlığını artıracaq”.

TƏBİB-in İxtisaslı tibbi xidmətlər şöbəsinin müdiri Turan İbrahimova çıxışında bildirib ki; təcili və təxirəsalınmaz tibbi yardım xidməti təcili hallar üçün 15 dəqiqə, təxirəsalınmaz vəziyyətlər üçün isə 15 dəqiqə-1 saat müddətində icra edilməlidir:

“2024-2025-ci illərdə tibb müəssisələrinin Təcili tibbi yardım şöbələrinə müraciət edən pasiyentlərin 73.9%-nə 4 saata qədər xidmət göstərilib

Tibbi xidmət üçün gözləmə müddəti ixtisaslı ambulator yardım üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq, instrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq, koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, transplantasiya xidmətləri istisna olmaqla planlı stasionar yardım üçün göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq, təcili tibbi yardım isə tibbi göstərişə əsasən dərhal göstərilməlidir”.

Respublika Pediatriya Mərkəzinin psixoloqu Dəniz Umarova “Özünə qayğı: emosional sağlamlıq üçün praktik yanaşmalar” mövzusunda təqdimatla çıxış edib.

D.Umarova stres və onun həyat fəaliyyətinə təsiri, stresin artmasına təsir göstərən faktorlar, neqativ düşüncə, davranış və emosiyaların idarə olunması, stresin azalmasına təsir göstərən günlük fəaliyyət növləri, stres vəziyyətində olan şəxsə ilkin psixoloji yardım, nəfəs və proqressiv rahatlama texnikalarından düzgün istifadə qaydaları barədə iştirakçıları məlumatlandırıb.

TƏBİB-in Dövlət proqramları şöbəsinin müdiri Səkinə Qurbanova çıxışında dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesində TƏBİB-in rolundan bəhs edib:

“Dövlət proqramları uzunmüddətli müalicəyə ehtiyacı olan vətəndaşların ödənişsiz dərman və tibbi xidmətlə təmin olunması üçün qurulan sistemdir.

Səhiyyə sahəsində olan dövlət və tədbirlər proqramlarının əsas məqsədləri bərabər çıxış, davamlı təminat və əlilliyin və ölüm hallarının azaldılmasıdır. Sözügedən proqramlar şəkərli diabet, dağınıq skleroz, xroniki böyrək çatışmazlığı xəstələri və transplantasiya sonrası pasiyentlərə, onkoloji xəstələrə, yenidoğulmuşlara, uşaqlar və s. aid olur”.

Daha sonra yalan və insan davranışları üzrə mütəxəssis Təbriz Hacınskinin “İnsan tanıma sənəti və emosional zəka” mövzusunda interaktiv təlimi baş tutub.

T. Hacınski profaylinq sistemi, şizoid, isteroid,  paranoyallar, epileptoidlər, emotivlər, hipertim və depressiv hallar üzrə iştirakçıları məlumatlandırıb. O qeyd edib ki, insanları tanımaq dünyanı dəyişdirməyin ən səssiz yoludur.

Tədbirin rəsmi hissəsində TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov çıxış edib. O bildirib ki, media nümayəndələri dövlət qurumları ilə ictimaiyyət arasında körpü rolunu oynayır. 

A. İsrafilov TƏBİB tərəfindən səhiyyə sahəsində aparılan işlərin düzgün şəkildə vətəndaşlara çatdırılmasında iştirak edən media nümayəndələrinə və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərə təşəkkür edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Təlim çərçivəsində media nümayəndələrinin ixtisaslı həkimlər tərəfindən müayinələri həyata keçirilib.

Sonda təlimdə iştirak edən media nümayəndələrinə TƏBİB ilə səmərəli əməkdaşlığa, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərə isə təlimdə iştiraka görə sertifikatlar təqdim edilib.












Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri