“SAFORA” su şirkəti ilə bağlı ŞOK İDDİA
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Sosial şəbəkələrin "Müştəriyəm şikayətim var" qrupunda Dəyanət Babayev adlı istifadəçi "SAFORA" su şirkəti və onun rəhbərliyi barədə ciddi ittihamlar səsləndirib.
“Yeni Sabah” xəbər verir ki, şikayətçi şirkətin onlayn operator vakansiyaları vasitəsilə vətəndaşları aldatdığını iddia edir.
Paylaşılan məlumatda bildirilir ki, şirkət elan saytlarında operator vakansiyaları yerləşdirərək müəyyən aylıq məbləğ qarşılığında şəxslərlə razılığa gəlir. Lakin ayın sonunda müxtəlif bəhanələrlə işçiləri əlavə 5-10 gün də çalışdırdıqdan sonra onların əlaqə nömrələrini bloklayırlar. pizza hut
İddiaya görə, bu üsulla uşağı bağçaya gedən və sosial vəziyyəti ağır olan bir xanım da daxil olmaqla, onlayn çalışan bir neçə şəxsin əməyi mənimsənilib və zəhməthaqları ödənilməyib.
Şikayətçi qeyd edib ki, özünü şirkətin müdiri kimi təqdim edən şəxs müxtəlif adlardan (Əli, Məhəmməd) istifadə edir və əlaqə nömrələrini tez-tez dəyişir. D.Babayev vətəndaşları bu cür onlayn iş elanlarına qarşı diqqətli olmağa və dələduzluq qurbanı olmamağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 18 Sentyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















