Icma.az
close
up
RU
Sağ əli o biri şəhərlərimizin başına So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Sağ əli o biri şəhərlərimizin başına So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İlhamiyya Rza, jurnalist:

- İndi bayramın mahiyyəti sanki dəyişib. Vaxt vardı 8 mart məhz zəhmətkeş qadınların bayramı idi. Vaxt vardı bu gözəl insan özü kimi zəhmətkeş həmkarlarını başına yığıb bu günü qeyd edərdi. Dünən hamı Qənirənin ad günündən, yubileyindən yazdı. Mənə görə,  doğum günündən daha çox bu gün, yəni 8 mart qadınlar bayramı onun mahiyyətinə uyğun idi... O boyda gərgin işin gücün qabağında daxili və zahiri gözəlliyini itirməyən əziz bacım. Yeri cənnətdir, İnşallah.

Fərid Pərdəşünas, texnobloger:

- Mobil Dünya Konqresi bitdi. Müşahidələrimi sizinlə bölüşüm, 2025-ci ilin texnoloji trendləri nədir, öyrənək.

* Sözsüz ki, təxmin etdiniz. 1 nömrəli məsələ süni intellektdir. Artıq hər şeyin süni intellekti var. Həmişə dediyim kimi, texnologiyada bir mövzu trend oldusa, bir tərəfdən də balon şişir. Məsələn, mənim süni intellekt dəstəkli tualetə nə ehtiyacım var axı? Amma istehlakçı texnologiyaları ehtiyaca görə dəyişmir, məhsul yaradılır və ona tələb formalaşdırılır.

* 6G - 5G texnologiyasının hələ əlçatmaz olduğu bir dönəmdə 6G artıq danışılır. Ultra sürətli mobil internet hər şeyi evdən idarə etməyə imkan verəcək. Məsələn, evdə oturub şəhərlər arasında yük daşımaq, evdə oturub başqa şəhərdə cərrahiyyə əməliyyatı etmək kimi.

* İncə smartfon trendi - Artıq "Apple" ilə bağlı "iPhone 17 Air"in incə gövdəli smartfon sızıntıları yayıldıqdan sonra smartfon istehsalçıları sürətli şəkildə daha kompakt və qalın olmayan modellər üzərində çalışırlar. 2025-də bazarda bir neçə belə top məhsul olacaq.

* Alternativ enerji, batareya texnologiyaları - Brendlər bilir ki, hazırda olan batareya texnologiyaları dəyişməsə, gələcəkdə çox ciddi istehsal problemləri olacaq. Bu səbəbdən batareya istehsal texnologiyaları dəyişir, doldurmaq üçün isə alternativ enerjilərə istiqamətlənirlər.

* Humanoid - Mövcud dəmir robotlarla süni intellektlərin birləşməsi. Bu günə qədər pultlu oyuncaqdan fərqlənməyən robotlara artıq mövcud süni intellektlər inteqrasiya olunmağa başlayır. Yəni onlar bir dəmir parçası olmaqdan çıxır, insan siması ilə artıq kod sətirlərində də qalmırlar. Bu, artıq humanoid-ləri reallığa çevirir.

* Mobilləşmə - İnsan sayı artır, avtomobil sayı artır. Şəhərlərdə insanların yaşamının böyük hissəsi tıxaclarda keçir. Dünya texnologiyaların köməyi ilə yeni mobillik həlləri üzərində düşünür: sürücüsüz taksilər, süni intellekt ilə tənzimlənən şəhər nəqliyyatı, uçan avtomobillər.

Növbəti 5 il, sizcə, texnoloji həyatımızda nə dəyişəcək?

Akif Aşırlı, jurnalist:

- İstedadlı qələm sahibi, milli məfkurəli aydın, Cümhuriyyət tarixinin ilk tədqiqatçılarından Mayis Əlizadənin vəfatı üzücü bir xəbər oldu. Türkiyədə Azərbaycanla bağlı bir çox dəyərli işlərə imza atdı, yorulmadan çalışdı. Məkanı cənnət olsun!

Asif Nərimanlı, jurnalist:

- Əsədin devrilməsindən sonra Suriyada qüvvələr balansının pozulması, xüsusilə Tehranın məzhəbə əsaslanan gücünün zəifləməsi və son baş verənlərdə məzhəb/təriqət faktorunun ön plana çıxması/çıxarılması bizim üçün bir məsələni aktuallaşdırdı: Azərbaycan İranın boşalan yerini doldura bilərmi?

Azlıq olan nuseyrililərin hakimiyyətinə son qoyulmasından sonra Suriyada şiə məzhəbinə inananların/yaxın olanların inanc üzərindən narazılıq edəcəyi gözlənilən idi, xüsusilə İran başda olmaqla Türkiyənin güclənməsini qəbul etməyən qüvvələrin bu amildən yararlanmağa çalışması fonunda. Məsələ Suriyada yeni hökumətin azlıqlara qarşı təzyiqindən yox, bu ölkənin mürəkkəb etnik-dini-məzhəb müxtəlifliyindən qaynaqlanır və münasibətlər sisteminin həssaslığı, xüsusilə 13 illik müharibənin ağır izlərindən sonra, ortaq mövqelərin tapılmasını çətinləşdirdiyi kimi, kənar müdaxilə imkanlarını da kifayət qədər asanlaşdırır. Və müxtəlif qruplar seçimlərində etnik-dini-məzhəb yaxınlığına üstünlük verirlər.

Suriyanın ərazi bütövlüyünü dəstəkləyən və yeni hökumətə ən yaxın ölkə hesab olunan Türkiyənin məzhəb ayrılığını həll etməsi asan deyil, əksinə, Əhməd əl-Şaraa hakimiyyətini və Ankaranın dəstəyini "məzhəb mübarizəsi" kimi təqdim edən İran (və digər maraqlı tərəflər) bundan qarşıdurmanı körükləmək üçün istifadə edir. Ankara bu prosesdə Bakı amilindən istifadə edə bilər. Azərbaycanın mövcud vəziyyətdə nəzəri baxımdan olsa da, belə imkanları var.

1. İslamın şiə məzhəbinin çoxluq təşkil etdiyi ölkədir: bu, Suriyadakı məzhəb azlığı ilə inanc yaxınlığı yaradır;

2. Vaxtilə Gürcüstan və Şimali Qafqaz coğrafiyasının dini idarəetməsində iştirak təcrübəsinə malikdir;

3. Azərbaycan Suriya da daxil olmaqla Yaxın Şərq coğrafiyasında qızılbaş irsinin gerçək sahibi kimi əhəmiyyətli rol oynaya bilər.

Çaldıranda ayrılığa səbəb olan amil bu gün Suriyada birliyi/bütövlüyü təmin edən faktora çevrilə bilər. Türkiyə və Azərbaycan bu haqda düşünməlidir.

Azərbaycanın praktiki müstəvidə İranın təsir zonalarına müdaxilə imkanları mübahisəlidir, lakin bunu ilk növbədə şiə türkmanları üzərindən başlamaq mümkün görünür. Suriyada 3 milyondan çox olan türkmanlar arasında az bir qismi şiə məzhəbinə məxsusdur və onlar zamanında Əsəd tərəfindən mübarizə aparıblar, bu məsələdə İranın təsir imkanları da müəyyən rol oynayıb. Lakin türkman icmasında bütün türklərdə olduğu kimi, dini kimliklə yanaşı, milli kimlik də həlledici faktordur. İran şiə türkmanları təsir dairəsinə salmaq üçün məhz bu amil üzərindən də müəyyən iş aparıb. Qasım Süleymaninin "azərbaycanlı general" kimi təqdim edilməsi bu kontekstdə İranın strateji gedişi idi.

Süleymaninin "azərbaycanlı" olması iddiası üzərindən kampaniya 2017-ci ildən etibarən xüsusilə aktiv şəkildə aparılırdı. Bu, iki hədəfə hesablanmışdı.

Birincisi, Süleymanini Azərbaycanda "milli kimlik" üzərindən məşhurlaşdırmaq və qəbul etdirmək (bu təbliğatın müəyyən nəticələri oldu da): Qasım Süleymaninin xeyir-duası ilə yaradılan "Hüseyniyyun" qruplaşması İranın "müqavimət oxu" planının Azərbaycan hissəsini təşkil edirdi və plana görə, "Hizbullah", eləcə də Suriya və İraqdakı dəstələrin prototipi bizim ölkəmizdə də formalaşdırılmalı idi; Süleymani haqqında "azərbaycanlı general" təbliğatı da ictimai rəydə onun və yaratdığı qruplaşmanın "xilaskar" kimi qəbul edilməsinə hesablanmışdı.

İkincisi, Suriyada şiə məzhəbinə yaxın türkmanların "azərbaycanlı" olan Süleymanini və ideyalarını yaxına buraxması, özlərindən biri kimi qəbul etmələri idi: İran bu hədəfində də müəyyən nəticələr əldə edib.

İndi situasiya dəyişib, şiə məzhəbinə inananlar/yaxın olanlar inanclarına görə mühakimə edilmək narahatlığı ilə seçim edir, eləcə də İran (və digər maraqlı qüvvələr) onların inancından öz planlarında yararlanmağa çalışır. Suriyada Türkiyə ilə birlikdə hərəkət edən Azərbaycan bu boşluğu doldurmaq imkanları haqda düşünməlidir. Bu, həm Suriyanın gələcəyi, həm Türkiyənin maraqları, həm də Azərbaycanın Yaxın Şərqəki mövqeləri baxımından əhəmiyyətlidir. Suriyada nəticə əldə etmək, İranın "müqavimət oxu" coğrafiyasında da yeni çağırışları ortaya çıxara bilər.

Mir Səməd, bloger:

- Martın 1-dən Rusiyada, dövlət xidmətləri portalında maraqlı yenilik tətbiq olunub. Vətəndaş, özü-özünü kredit götürmək imkanından məhrum edə bilir.

Rusiyada ən geniş yayılmış dələduzluqlardan biri də, adama zəng edib, manipulyasiyalarla onun adına bankdan kredit götürməkdir. Bir də ayılırsan ki, sən demə, adına kredit var.

Amma portalda bir düyməya basmaqla bunu söndürürsən, sonra istəsən də, sənə kredit verən olmur.

Bu, mənim fikrimcə, nəfsinə qalib gələ bilməyənlər üçün də faydalıdır. O qədər adam tanıyıram, impulsiv qərarla istehlak krediti götürüb, indi isə faizləri vaxtında qaytara bilmir.

Məncə, bu yenilik çox lazımlıdır, bizdə də tətbiq etsələr, yaxşı olar.

Nə olar ki, Rusiyadan gəlir, arada onlardan da yaxşı nəsə çıxır.

Vüqar Bayramov, millət vəkili:

- Bu təqaüdlər də artırıldı

Minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır. Belə ki, bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitlərdir.

"Məşğulluq haqqında" Qanuna əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd verilir. 2025-ci ilin yanvar ayından minimum əmək haqqı 345 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüd məbləği də artırılıb.

Belə ki, əvvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 172.5 manat idisə, indi həmin təqaud artırılaraq 200 manat olub. Bu o deməkdir ki, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği 14 faiz artırılıb.

Digər bir sıra təqaüdlərdə artımlar ilə bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır. Təkliflərin bu ayın ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənilir. Bu o deməkdir, yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq.

Ərşad Hüseynov, nəqliyyat eksperti:

- Naxçıvan şəhərinin ictimai nəqliyyat sisteminin yenilənməsi ilə bağlı dünən verilən Prezident sərəncamı bir neçə maraqlı detalı ilə diqqətəlayiqdir. Sərəncamın uğurla icrası Naxçıvan MR-in paytaxtında ekoloji təmiz, dayanıqlı ictimai nəqliyyat sisteminin qurulması ilə yanaşı, bu məqamları ilə də əlamətdardır:

1. İlk dəfədir ki, paytaxt Bakıdan kənar bir şəhərimizin ictimai nəqliyyatının yenidən qurulması istiqamətində belə ciddi addım atılır, dövlət tərəfindən kifayət qədər sanballı vəsait qoyulur.

2. Sərəncam tam icra edildikdən sonra Naxçıvan şəhərdaxili ictimai nəqliyyatı tam ekoloji təmiz nəqliyyat vasitələrindən (elektrobuslardan) ibarət olan ilk şəhərimiz olacaq.

3. Sərəncamın icra edilməsi ilk dəfə "BakuBus" MMC-nin Bakıdan kənarda bir şəhərdə ictimai nəqliyyat xidməti göstərməsi demək olacaq. Güman edirəm ki, bu, təşkilati-hüquqi forma olaraq "BakuBus"ın törəmə müəssisəsi və ya filialı (şöbəsi) kimi fəaliyyət göstərəcək.

4. Bu sərəncam həm də ölkəmizdə elktrobusların istehsalına (yığım yolu ilə olsa da) ciddi stimul olacaq. Güman edirəm ki, Naxçıvan üçün tədarük ediləcək 60 ədəd elektrobus yerli yığım olacaq və bu sifariş həmin yığımı həyata keçirən müəssisəyə ciddi iqtisadi dəstək verəcək.

5. Sərəncam həm də ölkəmizdə ictimai nəqliyyatın inkişafına yanaşmaların dəyişməsi deməkdir. Atılan bu addım şəhərlərimizdə mobilliyin təminində ictimai nəqliyyatın prioritetliyini və ictimai nəqliyyatın inkişafı üçün dövlətin ciddi iqtisadi dəstəyinin zəruri olduğunu göstərir.

Hər bir halda xeyirli-uğurlu olsun. Naxçıvanın sağ əli digər şəhərlərimizin başına.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:22
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sanksiyalar cəhənnəmi : Senator Qrem ABŞ Konqresinə Rusiya ilə bağlı qanun layihəsi təqdim edəcək

10 Mart 2025 16:06see266

Bu sahədə Ermənistan hələ də qeyri konstruktiv mövqe sərgiləyir DTX rəisi

10 Mart 2025 18:51see230

Mask X ə hücumda Ukraynanı günahlandırdı

11 Mart 2025 03:29see137

Azərbaycanlıların tarixi torpaqlarına dinc və ləyaqətli qayıdışı...

11 Mart 2025 07:36see128

ABŞ və Rusiya Ukraynaya alternativ seçim imkanı vermir

10 Mart 2025 20:20see121

"Bitcoin" niyə bahalaşır? Araşdırma

10 Mart 2025 16:14see121

ABŞ ilə Ukrayna arasında resurs müqaviləsi bu həftə imzalana bilər

10 Mart 2025 18:27see120

Amerikalı basketbolçu Ordu da

10 Mart 2025 14:18see120

Mərhum nazirin müğənni gəlini bahalı maşınını nümayiş etdirdi FOTO

10 Mart 2025 23:34see119

Ruslar Anapada istirahət etməkdən kütləvi şəkildə imtina edirlər

10 Mart 2025 22:36see118

“Azərbaycan qazı Ukrayna tranziti danışıqlarının bir hissəsidir”

10 Mart 2025 16:23see117

Ramazan ayının 11 ci gününün DUASI

10 Mart 2025 22:01see117

Bakıda ağacları kəsənlərə cinayət işi açıldı

10 Mart 2025 16:06see117

Hava çirkliliyi: ciddi problemlər, aktual çağırışlar

10 Mart 2025 23:31see116

İnstaqramda ən çox danışılan funksiya: İndi bəyənmələrinizə diqqət edin

11 Mart 2025 04:01see116

“Sabah” niyə yerlilərdən üz döndərir? YAZI

11 Mart 2025 15:57see116

Sumqayıt hesabı açdı Yenilənir

10 Mart 2025 17:23see115

Bu da bir sensasiya: insan öləndən sonra beyin ölmür..?

11 Mart 2025 00:56see115

ÇL: Bu gün 1/8 finalın cavab qarşılaşmalarına start veriləcək

11 Mart 2025 07:23see114

Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək

10 Mart 2025 19:30see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri