Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

İmtahan robotları So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İmtahan robotları So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az saytına istinadən bildirir.

Kamran Əsədov, təhsil eksperti:

- Bu gün məktəblərimizdə şagirdlərin qarşısına qoyulan imtahan yükü artıq ağıla və pedaqogik məntiqə sığmayan səviyyəyə çatıb. İlin əvvəlindən keçirilən imtahanları bir yerdə topladıqda ortaya son dərəcə absurd, təhsil psixologiyasına və inkişaf nəzəriyyələrinə tamamilə zidd bir mənzərə çıxır:

* Kings olimpiadası

* Koala olimpiadası

* Zəfər olimpiadası

* Bilbacar müsabiqəsi

* Vebras müsabiqəsi

* Kenquru müsabiqəsi

* Respublika fənn olimpiadaları

* Respublika fənn müsabiqələri

* Lütfizadə adına olimpiada

* 9-cu sinif buraxılış imtahanı

* 11-ci sinif buraxılış imtahanı

* 11-ci sinif blok imtahanları (2 dəfə olacaq)

* 4-5-6-cı siniflər üçün monitorinq (olacaq)

* Məktəbdaxili Kiçik Summativ Qiymətləndirmələr

* Məktəbdaxili Böyük Summativ Qiymətləndirmələr

* Sınaq və Monitorinqlər (digər fənlər üzrə)

* Buraxılış fənləri üzrə hər ay keçirilən monitorinqlər.

Bu siyahı sadəcə bir şagirdin bir tədris ili ərzində qarşılaşdığı minimum 17 əsas imtahan və qiymətləndirmə deməkdir. Halbuki burada qeyd edilməyən kurs sınaqları, DİM sınaqları və əlavə təşkil olunan fərdi testlər də var. Bütün bu yüklə şagird təxminən hər 1-2 həftədən bir imtahan vəziyyətinə salınır.

Bu yanaşma artıq təkcə akademik yük problemi deyil. Bu, sistematik şəkildə uşağın psixoloji durumuna, emosional sabitliyinə və təhsil keyfiyyətinə vurulan bir zərbədir. Dünyanın inkişaf etmiş ölkələrində - məsələn, Finlandiyada şagirdlər 9 il ərzində cəmi bir neçə böyük qiymətləndirmədən keçirlər. İbtidai və orta təhsil müddətində uşaqların əsas diqqəti öyrənmək, kəşf etmək, düşünmək və bacarıqlarını inkişaf etdirmək üzərinə yönəlir. Almaniyada əsas qiymətləndirmələr sinifdə gündəlik iştirak və layihə əsaslı işlərlə ölçülür. ABŞ-da belə imtahanlar ildə 1-2 dəfə əsas summativ məqsədli olur, lakin uşaq hər ay imtahan stressi yaşamır.

Azərbaycan təhsilində isə "yüklə və ölç" yanaşması normaya çevrilib. Təhsil Qanununun 18-ci maddəsinə görə "təhsildə şəxsiyyətin inkişafı məqsəd olmalıdır", qiymətləndirmə isə "təlimin məqsədinə xidmət etməli, inkişafı təşviq etməlidir". Halbuki bu qədər ardıcıl və intensiv imtahanlarla şagirdin yalnız stressi artırılır, öyrənmə motivasiyası isə məhv edilir. Əslində hər imtahan öyrənməni yox, sadəcə sıxışdırılmış qısa müddətli yaddaş bacarığını ölçür.

Bu yanaşmanın başqa fəsadları da var. Daimi imtahanlarla uşaq təhsili sevmir, təlimə qarşı qorxu və narahatlıq formalaşdırır. Kreativlik sıxılır, özünü ifadə etmə bacarıqları zəifləyir, öyrənməyə maraq azalır. Şagirdlər yalnız suallara doğru cavab vermək üçün "hazırlanır", lakin düşünmək, araşdırmaq, mübahisə etmək kimi ali kognitiv bacarıqları inkişaf etdirmir.

Bundan başqa, bu imtahanların çoxu - Kings, Koala, Zəfər, Bilbacar, Vebras, Kenquru kimi olimpiadalar və müsabiqələr - qeyri-formal, kommersiya məqsədli tədbirlərdir. Onların çoxunda qiymətləndirmə obyektivliyi, tədris proqramına uyğunluğu şübhə altındadır. Nəticədə, bu tədbirlər həm valideynlər üçün əlavə maddi yük yaradır, həm də şagirdlərin vaxtını və enerjisini mənasız yarışlar uğrunda sərf etdirir.

Ən ciddi təhlil məsələsi isə ondan ibarətdir ki, bu qədər imtahana baxmayaraq, təhsil nəticələri yüksəlmir. Son 5 ilin statistikasına görə 9-cu və 11-ci sinif buraxılış imtahanlarında orta nəticə ölkə üzrə 54-58% arasında dəyişir. Yəni nə qədər çox imtahan olsa da, uşaqların real bilik səviyyəsi, oxuma bacarığı və riyazi savad göstəriciləri ciddi şəkildə artmır. İmtahan sayı çoxalır, amma nəticə dəyişmir. Deməli, problem sadəcə şagirdlərdə deyil, sistemin özündədir.

Əslində doğru yanaşma təhsildə qiymətləndirməni bu qədər kəmiyyətə deyil, keyfiyyətə yönəltmək olmalıdır. İldə 1-2 əsas qiymətləndirmə, davamlı formatda isə diaqnostik təhlillər aparılmalıdır. Qiymətləndirmə şagirdin özünü inkişaf etdirməsinə, fərdi zəif və güclü tərəflərini anlamağa kömək etməlidir. Hər ay, hər həftə imtahan keçirib sadəcə statistika toplamaqla nə şagird inkişaf edir, nə də təhsil sistemi yaxşılaşır.

Nə dəyişməlidir? İmtahanların sayı kəskin şəkildə azaldılmalı, yalnız fundamental qiymətləndirmələr saxlanılmalıdır. Buraxılış və qəbul imtahanları istisna olmaqla digər bütün yarışmalar şagirdin könüllü və maraq əsaslı iştirakına buraxılmalıdır. Məktəblər tədris prosesini imtahana yox, təlimin özünə yönəltməlidir. Şagirdlərin hər gün dərsə qiymət üçün yox, öyrənmək üçün gəlməsi təmin olunmalıdır.

Əks halda biz bu yolu davam etsək, gələcək nəsillərimiz düşünən, yaradan, innovativ fərdlər yox, yalnız suallara cavab verən mexaniki düşüncəli "imtahan robotları" olacaq.

Sahila Yaya, jurnalist:

- Niyə mənasız səbəblərdən boşanmalar bu qədər çoxdur?

Çünki mənasız evliliklər çoxdur. Evliliyin mahiyyətini və məsuliyyətini anlayan adamların sayı artdıqca boşanma sayı azalacaq.

Hər evliliyin çətinliyi eyni olmur, amma sosial durumlarına görə cütlükləri qruplaşdırmaq mümkündür. Bunu instaqram rilslərinə baxanda anlayıram. Ona görə rilslər bu qədər məşhurlaşır, hamı bir-birinə göndərir. Məsələn, rils var - qadın və kişinin istirahət gününü əks etdirən rutin göstərilir. Kişi divandan durmur, qadın dayanmadan evdə işləyir. Buna yumor qatırlar, hamı özünü, ailəsini görür, paylaşır. Səbəb bir deyil, amma sonsuz da deyil.

Beləliklə, Azərbaycanda evlənənləri təxminən belə qruplaşdıraq.

- Erkən yaşda (faiz çox deyil) baş tutan evliliklər. Sırf fiziki-cinsəl istəklə qurulan ailə ortayaş böhranında dağıla bilir.

- Nikah diplomatiyası ilə qurulan evliliklər - filankəsin qızı, bəhmənkəsin oğlu. Belə evlilikləri ortayaş böhranında adətən, kişi dağıdır. Ömrünün davamını atasının deyil, öz seçimi əsasən yaşamaq istəyir. Bu halda adətən, qadının atası vəzifədən düşmüş olur.

- Cəmiyyətin diktəsi ilə standartlara uyğun qadın və kişi seçimi ilə qurulan ailələr də bir neçə ildən sonra dağıla bilir - tərəflər əslində yaxşı qız, yaxşı oğlan standartlarının fərqli olduğunu anlayır.

- Tək qalsalar, dil tapa biləcək cütlüklər olur, sadəcə heç vaxt bir-biri ilə öz ağızları ilə danışmır. Həmişə ata-analarının diktəsi ilə cümlələr qururlar. Azərbaycanda hədsiz bekar yaşlı qadın və kişi var. Onlar üçün iş yerləri yoxdur, hobbiləri, maraqları da yaranmayıb. Özlərinə aid bircə qənaətləri yoxdur, əzbər qanunlarla yaşayır və başqa cür düşünən adamlara əxlaqsız deyirlər. Bu təbəqə yeni qurulan ailələr üçün ciddi təhlükədir. Onları zərərsizləşdirmək lazımdır. Çünki həqiqətən cəmiyyətə zərər vururlar.

- İnsan var ki, istər qadın, istər kişi, ümumiyyətlə ailə qurmaq istəmir. Hippi, yappi ruhludur, hormonları, genetikası fərqlidir. Təsəvvür edin, hippi ruhlu qadını evdar kişi ilə evləndirirlər, sonra da qadına deyirlər bu kişi alır, gətirir, ailəni saxlayır, sən nə istəyirsən daha? Nə istəyəcək? Bu qadın evə sığmır. Gəzmək, gülmək, rəqs etmək istəyir. Onun haqqıdır, ruhu budur. İnsanlar evlənmək üçün maraqlarına və həyat sürətlərinə uyğun adamlar tapmalıdırlar.

Xeyli belə qruplar var. Yəni Azərbaycanda niyə boşanma çoxdur sualının bir cavabı yoxdur. Mütləq ümumi bir yanaşma lazımdırsa, təxminən belə ifadə etmək olar - patriarxatın əsasları sarsılır, dünyanın 51%-i təşkil edən qadınlar mövcud rejimə qarşı çıxır. Mövcud rejim şiddətə meyilli kişilərin və onların yetişdirdiyi Stokholm sindromlu  qadınların diktəsi ilə qurulub. Yəni bu qadınlar da qurbandır, sadəcə öz şiddətverənlərinin havadarlarına çevrilib. İllərlə, əsrlərlə mütləq çoxluq bu durumla razılaşıb, indi cəmiyyət qadına seçim imkanı verib.

Ailə qurmazdan öncə boşanmaya rahat baxırdım. İndi boşanmanın nə qədər böyük travma olduğunu anlayıram. Dost və xüsusilə rəfiqələrimin bu prosesdə nə qədər zədə aldıklarını görürəm. Ailələrin dağılmamasını şiddətlə arzulayıram. Amma bundan çox anormal evliliklərin qurulmasına qarşıyam.

Transformasiya davam edir. Həm dünya, həm Azərbaycan olaraq dəyişirik, arınırıq. Başımız daşdan-daşa dəyəcək, yıxıla-yıxıla gəzməyi öyrənəcəyik, normaldır.

Bir də mən mən həmişə bizim mənəvi dəyərlərimizi əlimizdən alırlar, Qərb bizi nə günə qoyur deyənlərə gülürəm. Siz Qərbin harasını görmüsüz? Qərb doludu əlil arabasında 50 illik həyat yoldaşını muzey-muzey, teatr-teatr gəzdirən qadınlar, kişilərlə. Bizim Qərbin ailələrindən öyrənməli çox şeyimiz var. Biz Qərbə oxşasaq, bu qədər boşanmarıq.

Səadət Məmmədova, jurnalist:

- Sözsüz film...

Gülməmməd özü özünə elə bir film çəkib ki, dünya yığılsa, çəkə bilməz.

Mən işıqlandırdığım və sadəcə şahidi olduğum çox hekayə bilirəm, amma beləsini görməmişdim...

Hönkürdüm....

Dərdin dili olmazmış..

İnanılmaz təsirli ifadə edib, susaraq hayqırıb Gülməmməd...

Evinin divarına sığınır, həyətdəki çiçəkləyən ağacı qoxlayır, ürək döyüntülərini sayır, işğaldan öncə yatdığı çarpayını tapıb sevinir... Siz hələ evinin içində tapdığı tısbağa ilə uşaq kimi oynamağına baxın....

Gülməmməd Cəbrayıl rayonu Tatar kənd sakinidir...Evinin uçuqlarına və gənclik xəyallarına, uşaqlıq çarpayısına qovuşmağın heyrətini yaşayır.....

Nələr yaşadıq, İlahi...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:350
embedMənbə:https://525.az
archiveBu xəbər 02 May 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri