Icma.az
close
up
RU
Sükut suiqəsdi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Sükut suiqəsdi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ramil Əhməd, şair:

- Kann Film Festivalına media nümayəndəsi kimi dəvət alan Hacı Səfərovun həyatı öz zəhməti, intellekti ilə qazanılmış çox gözəl bir uğur hekayəsidir.

O, "Filmaç" adlı bir platforma yaradaraq uzun müddətdir filmləri, xüsusilə öz filmlərimizi təhlil edir, onları yenidən aktuallaşdırır, diqqətimizdən yayınan məqamlara işıq tutur.

O, bu kanalı müstəqil şəkildə quraraq addım-addım inkişaf etdirib.

O, işinin aşiqidir, həyatını bu sahəni öyrənməyə həsr edir.

Onu İstanbul illərindən tanıyıram - tələbə yataqxanasının bütün işıqları sönəndə onun kompüterinin işığı gecəyarısına qədər yanılı olduğu vaxtdan!

Bu gün mediamız iki şou-biznes adamının festivala aidiyyəti olmadığı halda qırmızı xalçaya çıxmasını aktuallaşdırarkən, bizim ən həqiqi uğurumuza sükut suiqəsdi ilə yanaşır...

Ülviyyə Heydərova, jurnalist:

- Azərbaycanlı rejissor Cəfər Pənahi Festival de Cannes əsas mükafatını - "Qızıl palma"nı qazandı.

Builki festivalın prezidenti Juliet Binoş idi. Rejissora mükafatı Binoş Keyt Blanşettlə birlikdə təqdim etdi. Bu, Cəfər Pənahinin növbəti uğurudur. Bir daha sübut olundu ki, məhdudiyyət sənəti, istedadı heç zaman boğa bilməyib. Vaxtilə İran hökuməti Cəfər Pənahini evdən çölə çıxmağa qoymurdu. Amma o, evdə, dörd divar arasında da film çəkdi... Rejissor bu il 15 ildən sonra festivalda canlı iştirak edirdi. Getməyi ilə dünya kinosunun ən yüksək mükafatlarından birini qazanmağı bir oldu. Sevincliyəm. Yolu açıq olsun sənətkarın!

lll

- Əziz dostlar, bu gün Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda yazıçı-şair, esseist, tərcüməçi Günel Eminlinin "Kimya gündəliyi" kitabının təqdimatı oldu. Yüksək səviyyədə, Günelin adına layiq bir tədbir keçdi. Bu tədbiri gözəlləşdirən gələn bütün qonaqlar oldu. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid məclisi açdı, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs tədbiri apardı. Başda Qulu Ağsəs olmaqla məclisdə söz deyən, iştirak edən hər kəsə təşəkkür edirəm! Həqiqətən də çox səmimi, son dərəcə təsirli, anlamlı bir gecə keçdi.

Paylaşdığım şəkillər tədbir haqqında ümumi təsvirin çox kiçik hissəsidir. Ruhun şad olsun, əziz dostum! Bu gün sən kitabınla Azərbaycan Yazıçılar Birliyində idin, hamımızı işığına topladın. Bir daha səni kəşf elədik.

Qeyd etdiyim kimi, tədbirdə xeyriyyə məqsədilə kitabın satışını da həyata keçirdik. Xeyli kitab satdıq. Cüzi də olsa, bir körpənin müalicəsinə yardım etməyə çalışdıq. Kitab alan hər kəsə də ayrıca təşəkkür edirəm! Əgər kimsə kitab almaqla körpənin müalicəsinə yardım etmək istəyirsə, mənə yaza bilər.

Vüqar Camalzadə, bəstəkar:

- Musiqinin süqutu

Zamanın axarı ilə hər bir sənət növü dəyişir, dönür, yenilənir - bəzən də öz ilkin mahiyyətindən uzaqlaşır. Bu dəyişimin ən kəskin hiss olunduğu sahələrdən biri isə musiqidir. Zaman-zaman "musiqinin süqutu" ifadəsi müxtəlif sənətkarlar, tənqidçilər və dinləyicilər tərəfindən səsləndirilmişdir. Bu ifadə yalnız nostalji bir şikayət deyil - o, dərin bir narahatlığın, sənətin ruhani və estetik qatlarında baş verən deformasiyanın göstəricisidir.

Ənənəvi musiqidə - istər Şərqdəki muğamda, istərsə də Qərbdəki klassik simfoniyada - bir təmkin, bir nizam, bir mənəvi dərinlik hökm sürürdü. Musiqi insanın ruhuna toxunan, onu düşünməyə vadar edən, ilahi vəhdəti hiss etdirən bir vasitə idi. Lakin bu gün musiqi, çox zaman, sadəcə səs-küyə, əyləncəyə və "trendlərə" çevrilmişdir. Sözlərdə poetiklik yoxa çıxır, melodik xətt sadələşir, harmoniya isə şablonlaşdırılır. Bu, musiqinin estetik süqutunun ilk əlamətidir.

Texnologiyanın inkişafı musiqiyə həm imkan, həm də təhlükə gətirmişdir. Bir tərəfdən, hər kəs istədiyi musiqini yazıb paylaşa bilir. Digər tərəfdən, musiqi sənət olmaqdan çıxıb, bazar məhsuluna çevrilir. Avtomatlaşdırılmış səslər, "autotune" vasitəsilə düzəldilmiş vokallar, kompüter ritmləri artıq canlı ifanı əvəz edir. Musiqiçi olmaq üçün sənətkarlıq yox, daha çox PR və görüntü lazımdır.

Süqut yalnız texniki və ya estetik deyil, həm də mənəvi təzahürə malikdir. Musiqi, artıq insanın daxili dünyasını tərənnüm edən bir forma olmaqdan çox, onun xarici imicini cilalayan vasitəyə dönüb. Dərin duyğular, fəlsəfi düşüncələr, ilham - bunların yerini tez unudulan, bəsit emosiyalara xitab edən formalar tutur.

Ən təhlükəlisi isə budur: dinləyici özü bu keyfiyyət dəyişikliyinə alışır. Mədəniyyətin tələbləri aşağı düşdükcə, sənətkar da həmin tələblərə uyğunlaşmağa məcbur olur. Beləcə, sənət yaradıcılıqdan çox, istehsal prosesinə çevrilir. Bu isə musiqinin ruhunun itməsi, yəni onun süqutudur.

Lakin tam qaranlıqdan danışmaq da doğru olmazdı. Bu süqutun içində yenidən doğulmaq üçün zəminlər də mövcuddur. Dünyanın müxtəlif yerlərində musiqiçilər yenidən köklərə qayıdır, irsi formaları müasir dillə ifadə etməyə çalışırlar. Bu isə o deməkdir ki, musiqinin süqutu onun sonu deyil - bu, bəlkə də, bir oyanışa aparan keçid mərhələsidir.

Beləliklə, "musiqinin süqutu" təkcə bir sənətin yox, insanın öz ruhani dəyərlərinə yadlaşmasının əlamətidir. Lakin insan yenidən musiqidə öz səsini, iç dünyasını axtarsa - bu süqut dönüşə, bu sükut səslənməyə çevrilə bilər. Musiqi hələ susmayıb - sadəcə onu dinləmək üçün daha dərin bir sükut gərəkdir.

Saida Haqverdiyeva, rejissor:

- Qazaxıstandayıq və iki gündü burada xoşuma gələn məqamlar haqqında yazmaq istədim. Buranın qadınları və onların davranışları xeyli diqqətimi çəkdi. Əvvala deyim ki, qəşəng qızları var. Küçədə, kafedə, mağazada qarşılaşdığımız qızların çoxu zərif, incə və qəşəngdir. Sadə, rahat və zövqlü geyinirlər. Makiyajdan az istifadə edirlər. Olduqca baxımlı, təmizdilər. Həm özlərini, həm də oturduqları yeri təmiz saxlayırlar. Getdiyimiz bütün yerlərdə təmizliyi görmək olur.

İnsanların üzündə təbəssüm var. Olduqca mehriban, sadə, səbirlidirlər. Xalq xoşbəxt görünür.

Camaat daha çox rus dilində danışır. Burada ruslar da az deyil. Amma öz millətlərinə, dillərinə, mədəniyyətlərinə sevgi var.

Şəhər gözəl deyil. Lakin hər yeri yaşıllıqdır. Binalar köhnədir. Bir növ şəhərin görüntüsü 1980-ci illəri xatırladır.

Aygün Bağırlı, filologiya üzrə fəlsəfə doktoru:

- Bu gün ictimai xadim, cərrah-alim, araşdırmaçı, "Varlıq" jurnalının təsisçisi Cavad Heyətin dünyaya gəlişinin 100-cü ildönümüdür. O taylı, bu taylı Azərbaycanın böyük övladını ehtiramla xatırlayır, çoxşaxəli fəaliyyətini və əhəmiyyətli işlərini hörmətlə yad edirik. Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Məmmədlinin yeni çapdan çıxan kitabı CAVAD HEYƏT haqqındadır.

Asif Nərimanlı, jurnalist:

- Rusiya vətəndaşı Zahirəddin İbrahimovun (İbrahimi) Dövlət Təhlükəsizlik Xidməti tərəfindən qandallanaraq Bakıya gətirilməsi Azərbaycana qarşı separatizmin neytrallaşdırılması prosesində önəmli addımlardandır. Onun Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin yanında saxlanılması da təsadüfi deyil, çünki İbrahimi və digərləri separatçı fəaliyyəti ermənilərlə sinxron şəkildə həyata keçiriblər və bu prosesdə müxtəlif ölkələrin maraqları olsa da, Ermənistan xüsusi xidmət orqanları birbaşa idarəçi kimi iştirak edib.

Rusiyada Azərbaycana qarşı separatizm fəaliyyətini həyata keçirən Zahirəddin İbrahimi 2019-cu ildə - Fəxrəddin Abbaszadənin həbsindən (2018-ci il) sonra daha çox ön plana çıxmağa başladı. Bu, Abbaszadənin həbsindən sonra Rusiyadakı separatçı qrupların "liderlik" mübarizəsindən qaynaqlanırdı. Həmin vaxt yeni "lider" kimi iki şəxsin adı hallanırdı: İsmayıl Şabanov və Zahirəddin İbrahimi.

İ.Şabanovun şansları daha çox qiymətləndirilirdi. Lakin 2016-cı ildə onunla F.Abbaszadə arasında pul məsələsinə görə narazılığın yaranması önündə əngələ çevrildi. Məlumatlara görə, 2016-cı ilin 3 mart tarixində İrəvandakı "Ani Plasa" hotelində keçirilən "Azərbaycanda yaşayan köklü xalqlar: reallıqlar və perspektivlər" adlı konfransa görə Ermənistan tərəfindən maliyyə ayrılıb, lakin Abbaszadə Şabanovun istədiyi məbləği verməyib. Ermənistan xüsusi xidmət orqanları bu mübarizədə Abbazsadəni dəstəklədi. Bundan sonra Şabanov İrandan dəstək almaq üçün "tat kartı"nı aktivləşdirdi.

Şabanovdan fərqli olaraq, İbrahimi Ermənistan xüsusi xidmət orqanları üçün daha "sərfəli fiqur" olub. Çünki Şabanov "çoxtərəfli oyunçu" kimi çıxış edir, təkcə Ermənistanla yox, Rusiya və İranla da oynamağa çalışır. İbrahimi isə fəaliyyətini Ermənistanla - erməni diasporu/lobbisi ilə daha sıx sinxronlaşdırır. Onun əsas tribunası da Ermənistan mediası və Rusiyada ermənilərə məxsus informasiya resursları olub.

Z.İbrahiminin həbs edilməsindən sonra Rusiyada fəaliyyət göstərən separatçı qrupların "liderlik" mübarizəsi yenidən aktualaşacaq və belə görünür ki, önü açılan Şabanov yenidən aktivləşə bilər. Yeni fiqurların önə çıxması da istisna edilməməlidir. Çünki Azərbaycana qarşı separatçı qrupların fəaliyyətində birdən çox ölkənin xüsusi xidmət orqanlarının maraqları var və hər bir ölkə qrup daxilində daha güclü mövqelərə sahib olmaq istəyir.

Hərçənd, Azərbaycanın Ermənistan üzərindəki qələbəsi, o cümlədən, Rusiya və İranla münasibətləri fonunda separatçı qrupların fəaliyyət imkanlarının əvvəlki dövrlə müqayisədə məhdudlaşdığı reallığı da diqqətdən qaçmır. İbrahiminin həbsi bu prosesdə yeni başlanğıc ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://525.az
archiveBu xəbər 27 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see174

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see139

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see131

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see125

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see119

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see118

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see117

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

Çaki öldü

29 May 2025 00:07see117

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see116

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see114

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see113

Kapitan klubdakı gələcəyindən danışdı

28 May 2025 18:17see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri