Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Başımızın aqibəti So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Başımızın aqibəti So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytına istinadən Icma.az xəbər verir.

Mir Səməd, bloger:

- Bayaq yutub qarşıma üç xarici bloqerin Azərbaycana səfəri videosunu çıxartdı. Gənclər İsveçdən idilər, Azərbaycan barədə çox şey bilmir və yanlış stereotipləri təkrar edirdilər.

Yayın əvvəli idi, bir az gəzdilər,  qarşılarına bir Çay evi çıxdı.

Bunları dəvət etdilər içəri, stolun üstünü bəzədilər, çay, növbənöv mürəbbə, pirojna, hətta qəlyan və dedilər ki, siz qonaqsız. Bu isveçlilərin üzündəki ifadəni görmək lazım idi.

Çay evinin inzibatçısı dedi ki, ingilisi yaxşı bilmir, messencerlə 15 yaşlı oğlu ilə əlaqə saxladı. Oğlu ingiliscə elə təmiz danışırdı ki, bunlar ikinci dəfə heyrətləndilər.

Bir az keçdi, xaricilərin ürəyi açıldı, kişiyə dedilər ki, Bakı öz yerində, şəhərdən kənarda macəra axtarırıq, mümkündür?

İnzibatçı dedi ki, işdən ayrıla bilmir, amma qardaşından xahiş edər, vaxtı olsa, mütləq onları gəzdirər.

Böyük qardaş gəldi, məlum oldu ki, yaşından xeyli cavan görünən, möhkəm bədənli qardaş ciu-citsu üzrə kəmər sahibidir.

Dedi problem yoxdur, sabah səhər gedirik, həmin günün qalanını da həsr etdi isveçlilərə.

Nə başınızı ağrıdım, səhər idmançı qardaş öz "Cip"ində gəldi, 15 yaşlı, ingilis dilini sökən qardaşı oğlu da qoşuldu bunlara, çıxdılar şəhərdən.

Quba bazarında saxladılar, qardaş  bazarlıq elədi, getdilər dağ başına, qəşəng onlar üçün kabab çəkdi, samovar odladı, çadır qurdu. Gecəni də qaldılar orada!

Bu uzun təsvirimin məqsədi nədir!

Çox az ölkə olar ki, gələn, tanımadıqları qonağa bu qədər xoş münasibət göstərələr, vaxtını, pulunu sərf edər, belə qarşılayarlar!

Bizim insanımız çox comərddir, alicənabdır, mehribandır, adam sevəndir. Bununsa, qiyməti yoxdur.

Vüsal Məmmədov, jurnalist:

- Biz nağılların sonunda deyirik: "Göydən üç alma düşdü". Türkiyəlilərdə isə nağıllar (masallar) bu sözlərlə bitir: "Onlar ermiş muradına, biz çıkalım kerevetine". Nə deməkdir "kerevet"?

Təəccüblü gələcək, amma "kerevet" elə rus dilindəki "krovatğ" (çarpayı) sözüdür. Hər ikisi bunu yunan dilindən götürüblər. Yunanlar üstünə döşək qoyulmuş taxta kürsüyə "krevati" deyirlər. "Biz çıkalım kerevetine" - yəni "rahat ömür sürək" mənasında işlənir.

Türkiyəkilərin qalstuka "kravat" demələrinin isə yorğan-döşəklə heç bir əlaqəsi yoxdur. Otuzillik müharibə vaxtı (1618-1648) Fransa ordusunda döyüşən xorvatlar boyunlarına ucu aşağı sallanan şərf bağlayırdılar. Sonradan Fransada dəbə düşən həmin geyim aksessuarı onların adı ilə "xorvat" (fransız dilində croate) adlanmağa başladı. Türkiyəlilər həmin sözü olduğu kimi fransızlardan götürüblər.

P.S. Bizim nağılların sonluğu daha gözəl və mənalıdır.

Famil Fərhadoğlu, jurnalist:

- Bəzən yazırıq, tənqid edirik. Müsbət işlərdən, hansısa qurumun uğurlu fəaliyyətindən də yazmaq lazımdır.

Düşünürəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yeni rəhbərlik seçiləndən sonra Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemindən seçim edərək istirahətə gedənlərin sayı artıb. Özüm də prosesin şəffaf şəkildə təşkil edildiyinin şahidi oldum. Online qeydiyyatdan keçirsən, boş yer olan otelləri və sanatoriyaları seçirsən. Proses bu qədər sadədir. Hamımız bilirik ki, əvvəllər belə deyildi...

İlham Əzizov, yazıçı:

- Əziz valideynlər, qəbul olmayan uşaqlardan muğayat olun, üstlərinə getməyin.

Çox həssas günləridir.

Onların gözəl ömürləri qarşıdadır.

Bir neçə ilə imtahan da olmayacaq, kim oxumaq istəsə, oxuyacaq. Normal ölkələrdə belədir.

Uşaqlardan muğayat olun!

Onların həyatı dünyadakı hər şeydən əzizdir!

Hacıbey Heydərli, jurnalist:

- Bu gün çox hörmətli və dəyərli sədrimiz Rəşad Məcidin doğum günüdür. Rəşad müəllim təmənnasız insandır, doğru bildiyi və əmin olduğu dəyərlərin ən qatı müdafiəçisidir. Hər zaman gənclərin və gənc ruhlu insanların yanındır.

Onu fərqləndirən ən başlıca cəhət hər təbəqədən olan insanları anlamasıdır, empati hissi qurmasıdır.

Rəşad müəllim gəncləri ən yaxşı anlayan, yaşlı nəsil isə ən gözəl dəyərləndirən ziyalılardandır. Məhz bu səbəbdən cəmiyyətin hər təbəqəsi onun haqda eyni fikirdədir. Hər şeydən öncə isə o, vicdanlı və ədalətli ziyalıdır. Düşünürəm ki, cəmiyyətimizin belə şəxsiyyətlərə ehtiyacı var.

Doğum gününüz mübarək, müəllim. Hər zaman var olun, yazın, yaradın, bizimlə olun!

Mir Şahin Ağayev, jurnalist:

- "HƏLƏ YAŞAMAĞA DƏYƏR BİR AZ DA!"

Bu misranı Ruhu və "Ruhani"si ilə dünən dünyadan gedən böyük şair Məmməd İsmayıldan bu gün dünyaya gələn Rəşad Məcidə yollayıram! Bilmirəm, bəlkə də sırf təsadüfdür, amma mənə elə gəlir ki, "dünya" sözünün kökü "dün"-dür, "dünən"dir. Çünki dünyada bu günün vaxtı çox az olur. Dünya mahiyyət etibarilə daha çox dünəndən, keçmişdən ibarətdir. Amma elə insanlar da var ki, bu məna ilə razılaşmır, "dünya"nın kökünü "bugünə, sabaha" dəyişirlər. Rəşad Məcid kimi. Ad gününü təbrik edirəm, Əziz Dost! Sənin "Yastıq" şeirini paylaşıram. Həm də ona görə ki, o yastıq xoşbəxtlikdən daha nə başımızın, nə də ayağımızın altına aiddir! Daha bayrağımız yastıq deyil! Biz yastığı çarxın gərdişindən götürmüşük. Qoy başımızın aqibəti yastıq alçaqlığı yox, bayraq ucalığı olsun!

YASTIQ

Doğulan kimi

Başının altına yastıq qoydular.

Oturan kimi

Böyrünə-başına yastıq qoydular.

Yeridi - düzdülər keçdiyi yola.

Sonra noğul yastığı,

Sonra nağıl yastığı.

Başı üşüyəndə papağı yastıq,

Əli üşüyəndə bayrağı yastıq,

Qəbri üşüyəndə torpağı yastıq.

Ağrıyan dişinə yastıq qoydular

Ləngiyən işinə yastıq qoydular

Axırda yastığa öyrəncəlilər.

Çarxın gərdişinə yastıq qoydular

Yuxulatdı bu adamı,

Günün günorta çağında

Yuxu tutdu bu adamı.

...Yatıb yuxuda gördü ki,

ipək yastığı daşlaşıb,

ayağına dolaşıb.

Addımını ha atır, ata bilmir,

Ayağını ha dartır, darta bilmir.

Yastıq çəkir onu quyutək.

Ayağı balacalaşır,

Boyu balacalaşır.

...Diksinib ayıldı yuxudan.

Başı yastıqdan düşmüşdü.

Çəkdi yastığı başının altına...

Qismət Rüstəmov, şair:

- Arıq olmazdan qabaq ayıq olun!

Hər ay qabağıma arıqlamaq üçün girdiyi əməliyyatda dünyasını dəyişən adamlarla bağlı xəbərlər çıxır. Qısa yoldan varlanmaq yollarını öyrədən fərdi inkişaf kitablarına olduğu kimi, sağlamlıq adı altında bu cür tez-bazar səadət təklif edənlərə qarşı da mədəni immunitet formalaşdırmaq lazımdır.

Əzizlər əzizi Suzan Sontaq vaxtilə "Xəstəlik metafora kimi" kitabında maraqlı faktlar yazıb: məsələn, romantik ingilis şairi Bayron 1828-ci ildə vərəmli bir dostuna deyib ki, mən də vərəmdən ölmək istəyirəm, cəsədimə baxan qadınların solğun çöhrəsi mənə cazibədar gəlir. Sontaq iddia edir ki, bu cür sapqın, anormal yanaşmalar bizim əsrdə "arıq qadın" obrazının estetik meyar kimi qəbul edilməsinə də təsir edib.

Mənim çoxdan azarkeşi olduğum bir kitabı seriyası var, Türkiyədə "Yapı Kredi yayınları" bunları "XXI yüzilin kitabları" seriyası adı altında çap edir. Bu seriyada bu günün alimləri, filosofları, düşüncə adamları çağdaş dünyanın problemlərini müzakirə edirlər. Bu seriyadan Karl Sederstrem və Andre Spayserin birgə yazdıqları "Sağlamlıq xəstəliyi: aktual bir sindrom" (orijinalı "The Wellness Syndrome) kitab çox dəyərlidir. Kitabın müəllifləri deyirlər ki, bu necə sağlamlıq və səadətdir ki, işimiz-gücümüz yediklərimizin kalorisini hesablamaq olub? Onlar təxminən deyir: biri var, el dilində desək, canının qədrini bilmək, biri də var sağlamlıq yolunda özünə zülüm eləmək - bu ikincisi bizi daha narsist insana çevirir və daim qayğılı edir, üstəlik, məhsuldarlığımızı da azaldır. Müəlliflər bu cür adamlara "sağlam həyat qurbanları" deyirlər. Belə ki, onların fikrincə, sağlamlıq xəstəliyi artıq bir ideologiyaya çevrilib və idarəolunmaz yerə gedir. Çünki get-gedə söhbət sağlam həyatdan yox, qısa yolla həlli mümkün "sağlamlıq"dan getməyə başlayıb. Bio-etika adı altında təqdim edilən dünyagörüşünün fərdi planda patologiyalar və faciələr yaradır. Ona görə də arıq olmamışdan qabaq ayıq olmaq lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:390
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see725

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see552

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see498

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see358

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see288

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see268

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see245

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see240

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see238

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see237

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see224

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see224

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see220

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see198

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see198

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see194

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see186

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see185

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see175

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri