Şagird “2” alırsa sinifdən sinfə keçirlməsinə icazə verilməməlidir RƏY
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Belə boşluq var deyə, məktəblərdə davamiyyət aşağı düşür, şagirdlər məktəbə getmir"
Orta ümumtəhsil məktəblərində qəribə hallar bitmək bilmir. Bunlardan biri də hansısa fəndən “2” qiymət alan şagirdin sinifdən sinfə keçirilməsidir. Məlumatlara görə, fənn müəllimi dərsə davamiyyəti zəif olan, dərsi mənimsəməyən, böyük və ya kiçik summativ qiymətləndirmələrdə də aşağı səviyyə göstərmiş şagirdə “2” qiymət yazdıqda valideyn bu məsələni birbaşa məktəb direktoru ilə həll edir.
Yəni, məktəb direktoru ilə görüşür və qiyməti dəyişdirir. Hətta bəzi məktəb direktorlarının müəllimlərə sərt tapşırıq verərək heç bir şagirdə “2” qiyməti yazmamalarını tapşırdığı da deyilir. Məqsəd budur ki, heç bir şagird sinifdə qalmasın. Pis,yaxşı, fərq etmir, sinifdən sinfə keçirilsin. Bunun məktəbin nüfuzuna xələl gəlməməsi, həm də direktorun nazirlik tərəfindən iradlarla qarşılaşmaması üçün edildiyi də deyilir. Sosial şəbəkələrdə bu cür iddialar səsləndirilir və bu vəziyyətin müəllimlərin nüfüzuna zərbə vurduğu bildirilir.
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi “Sherg.az”a bildirdi ki, “Təhsil haqqında” Qanuna görə, elə fənlər var ki, şagird onlardan 2 qiymət alsa belə, sinifdən sinfə keçə bilir. Bunlar xarici dil, informatika fənləridir: 
- Qanunvericilikdə belədir və biz bu boşluğun aradan qaldırılmasıyla bağlı dəfələrlə təkliflə çıxış etmişik ki bu aradan qaldırılmalıdır. İnformatika I ixtisas qrupunda əsas fəndir, magistraturada da, dövlət qulluğuna imtahanlarda da informatikadan bilik və bacarıqlar yoxlanır. Amma şagird informatika fənnindən “2” alırsa, sinifdən sinfə adlayır. Qaldı ki hansısa şagirdə “2” qiymətinin düşməməsinə, qanuna görə, şagird “2” alsa belə, ona attestat veriləcək. İstənilən halda yekunda attesta ala bilir o uşaq. Bu məsələdə heç bir müəllim ictimai qınağa məruz qalmır. Valideyn də bilir ki uşaq “2” qiymət alsa belə, sinifdən sinfə keçir. Ola bilər, istisna hal kimi, valideyn daha yüksək qiymət yazılmasını istəsin, bunun üçün də direktorla görüşsün. Bu, başqa məsələdir. Amma biz qanunvericilikdəki boşluqların aradan qaldırılmasna çalışmalıyıq ki, şagird “2” qiymət alırsa sinifdən sinfə keçirlməsinə icazə verilməsin. Belə boşluq var deyə, məktəblərdə davamiyyət aşağı düşür, şagirdlər məktəbə getmir. Arxayındırlar ki, attesta alacaqlar bütün hallarda.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 09 İyun 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















