Şagirdlər Neftçi nin qonağı oldular FOTO
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Beynəlxalq Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar.
Sportal.az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan görüş çərçivəsində əvvəlcə qonaqlar təlim-məşq bazası ilə tanış olublar.
Daha sonra Anatoli Banişevski adına iclas otağında şagirdlərə “Neftçi” PFK haqqında məlumat verilib, klubun zəngin tarixinə həsr olunmuş video-süjet nümayiş etdirilib.
Görüşün daha əyləncəli hissəsində uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif oyunlarda iştirak ediblər.
Beynəlxalq Autizm Mərkəzinin şagirdləri komandanın məşqini də izləyiblər. Hazırlıq prosesinin bir hissəsində isə onlar meydana çıxaraq futbolçularla birlikdə futbol oynamaq imkanı əldə ediblər.
Görüşün sonunda qonaqlara “Neftçi” PFK tərəfindən xüsusi hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 30 Sentyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















