Icma.az
close
up
RU
Məktəblərdə məntiq fənni tədris olunmalıdır Ekspertdən TƏKLİF

Məktəblərdə məntiq fənni tədris olunmalıdır Ekspertdən TƏKLİF

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Məntiq fənninin məktəblərdə rəsmi şəkildə tədris olunması zəruridir və bu, təkcə əlavə bir fənnin dərs cədvəlinə daxil edilməsi deyil, təhsilin ümumi keyfiyyətinin, düşüncə tərzinin və qərarvermə bacarığının yüksəldilməsi deməkdir. XXI əsrin təhsil sistemində şagirdlərə yalnız məlumat ötürmək deyil, düşünmə, nəticə çıxarma və analiz etmə qabiliyyətləri formalaşdırmaq əsas məqsədlərdən biridir. Məntiq bu prosesin əsas alətlərindən biridir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəblərdə rəsmi şəkildə məntiq fənninin tədris olunmasının vacibliyindən danışarkən bildirdi.

"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 4-cü maddəsində göstərilir ki, təhsil “şəxsiyyətin formalaşdırılması, onun bilik, bacarıq və dünyagörüşünün inkişaf etdirilməsi məqsədinə xidmət etməlidir”. Bu müddəa tədrisin yalnız informativ deyil, həm də düşüncə yönümlü olmasını tələb edir. Hazırda məktəb proqramlarında məntiq elementləri bəzi fənlərin (xüsusən riyaziyyat, informatika və hətta ana dili) tərkibində qismən yer alır, lakin ayrıca, sistemli fənn kimi mövcud deyil. Halbuki UNESCO və OECD kimi beynəlxalq qurumların təhsil hesabatlarında göstərilir ki, məntiq, tənqidi düşüncə və problem həll etmə bacarıqları gələcəyin əsas “21-ci əsr bacarıqları” sırasında yer alır. Azərbaycanda hazırda məntiq fənni yalnız abituriyent imtahanlarında müəyyən qrup üzrə test komponenti kimi yer alır. Bu, fənnin məqsədini daraldır və onu abstrakt test fənninə çevirir. Halbuki məntiq uşağın dünyanı dərk etmə tərzini formalaşdırmalı, düzgün arqument qurmağı, sübut və nəticə arasındakı fərqi anlamağı öyrətməlidir. Əgər şagird erkən yaşlardan arqumentləşdirmə, səbəb-nəticə əlaqələrini qurma, yanlış nəticələri analiz etməyi öyrənərsə, bu, təkcə fəlsəfə və riyaziyyat sahəsində deyil, həm də həyat qərarlarında, sosial münasibətlərdə və vətəndaş mövqeyində özünü göstərir".

Mütəxəssis məntiqin rəsmi fənn kimi tətbiqinin müsbət tərəflərindən danışdı:

"Birincisi, bu fənn şagirdlərdə düşünmə intizamı yaradır, yəni məlumatı avtomatik qəbul etməyi deyil, onu sorğulamağı öyrədir. İkincisi, elmi təfəkkürün əsasını təşkil edir: hipoteza, arqument, sübut və nəticə kimi anlayışların mənimsənilməsi gələcəkdə elmi tədqiqat mədəniyyətinin formalaşmasına xidmət edir. Üçüncüsü, məntiq şagirdin nitq bacarığını və yazılı ifadə qabiliyyətini inkişaf etdirir, çünki düzgün düşünmək düzgün ifadə etməklə birbaşa əlaqəlidir. Dördüncüsü, bu fənn sosial mediada manipulyasiyalara qarşı müqavimət bacarığı formalaşdırır bu, informasiya dövründə ən vacib intellektual müdafiə vasitəsidir. Təbii ki, bu fənnin tətbiqində bəzi çətinliklər də var. Əvvəla, kurikulumun sıxlığı və fənlərin çoxluğu səbəbindən yeni fənnin əlavə edilməsi balans məsələsi yaradır. İkincisi, bu fənni tədris edəcək müəllimlərin hazırlanması üçün xüsusi proqramlara ehtiyac var. Hal-hazırda pedaqoji universitetlərdə məntiq ayrıca müəllim hazırlığı istiqaməti kimi tədris edilmir. Bunun üçün Elm və Təhsil Nazirliyinin Pedaqoji Kadrların İnkişafı Mərkəzi vasitəsilə əlavə ixtisasartırma proqramlarının yaradılması vacibdir.

Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi kurikulum yenilənməsi siyasəti məhz bu tip bacarıq əsaslı fənlərin daxil edilməsinə imkan yaradır. Nazirlik artıq tənqidi və yaradıcı düşünmənin STEAM, informatika və vətəndaşlıq təhsili fənləri vasitəsilə mərhələli şəkildə tətbiqini genişləndirir. Bu, müsbət tendensiyadır və növbəti mərhələdə məntiqin ayrıca fənn kimi inteqrasiyası üçün zəmin yaradır. Nazirliyin bu istiqamətdəki siyasəti təhsilin məzmununu bilik yönümlüdən düşüncə yönümlüyə çevirmə məqsədi daşıyır və bu, müasir təhsil sisteminin əsas göstəricisidir".

Müsahibimizin fikrincə, gələcəkdə məntiq fənninin məktəblərdə mərhələli tətbiqi Azərbaycanın təhsil sistemində dərin keyfiyyət dəyişikliyi yaradacaq:

"Şagirdlər sual verən, arqumentlə düşünən, səbəb-nəticə əlaqəsini dərk edən fərdlərə çevriləcək. Bu dəyişiklik təkcə təhsil nəticələrinə deyil, ümumi sosial mühitə də təsir edəcək, çünki məntiqi düşünən cəmiyyət daha az emosional, daha çox analitik qərarlar verir.

Hesab edirəm ki, məntiqin məktəblərdə rəsmi şəkildə tədris olunması yalnız akademik məqsəd daşımır, bu, milli düşüncə tərzinin inkişafı, elmi mədəniyyətin formalaşması və gələcək nəsillərin analitik təfəkkürünün gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atacağı addımlar təhsilin məzmununu modernləşdirmək və şagirdləri 21-ci əsrin çağırışlarına hazırlamaq baxımından ən düzgün və mütərəqqi addımlardan biri olacaq",- deyə Kamran Əsədov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:337
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri