Şagirdlər soyuq siniflərdə oturublar Sulutəpədə məktəbin işığı niyə kəsilib?
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 10 nömrəli orta məktəbdə şagirdlər soyuqda dərs keçməli olublar.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, məktəbin bəzi sinifləri kombi, bəziləri isə elektrik enerjisi ilə qızdırılır. Elektrik enerjisi kəsildiyi üçün elektrik enerjisi ilə qızdırılan sinif otaqlarında uşaqlar soyuqda dərs keçməli olub.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran "Azərişıq" ASC-dən elektrik enerjisinin kəsilməsi faktı təsdiqlənib.
Qeyd edilib ki, ərazidə 6 000 kilovoltluq xəttin keçdiyi dayaq qəzalı olub.
"Həmin dayağın dəyişdirilməsi işləri aparılırdı. Artıq iş yekunlaşıb və elektrik enerjisinin verilməsi təmin olunacaq", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Baxış sayı:144
Bu xəbər 13 Dekabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















