Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Şagirdlər üçün kosmos dövrü başlayir... Antalyada müzakirələr + FOTOLAR

Şagirdlər üçün kosmos dövrü başlayir... Antalyada müzakirələr + FOTOLAR

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin Antalya şəhərində 5–9 oktyabr tarixlərində 77-ci Beynəlxalq Astronavtika Konqresi – IAC 2026 keçirilir.

Beynəlxalq Astronavtika Federasiyasının təşkilatçılığı, Türkiyə Kosmik Agentliyinin ev sahibliyi və SAHA İstanbulun birgə təşkilatçılığı ilə keçirilən konqres kosmik agentliklərin, elmi-tədqiqat müəssisələrinin, universitetlərin və texnologiya şirkətlərinin nümayəndələrini bir araya gətirir.

“The World Needs More Space” şüarı ilə keçirilən tədbirdə kosmik tədqiqatlar, texnoloji yeniliklər və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunur.

Beş gün davam edəcək tədbir müraciətlərin sayına görə bütün zamanların rekordunu rəsmi olaraq qıraraq Türkiyənin qlobal kosmik diplomatiya və akademik tədqiqatlardakı mühüm rolunu nümayiş etdirir. Konqresdə 108 ölkədən 8330-dan çox məruzənin təqdim ediləcəyi, 10 mindən artıq nümayəndə ilə yanaşı, kosmik agentliklərin, aviasiya və kosmik sənaye sektorunun rəhbərlərinin, dünyaşöhrətli alimlərin və astronavtların iştirak edəcəyi gözlənilir.

Azərbaycan 317 məruzə ilə konqresə ən çox müraciət edən ölkələr sırasında Türkiyə və Çindən sonra üçüncü yerdə qərarlaşıb.

Konqres çərçivəsində elmi-texniki sessiyalar, plenar müzakirələr, texnologiya sərgisi və peşəkar görüşlər təşkil edilir. Bu platformalar elm, sənaye və təhsil nümayəndələri arasında təcrübə mübadiləsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

Tədbirdə diqqət yetirilən istiqamətlərdən biri də kosmik texnologiyaların təhsil prosesinə inteqrasiyasıdır. Kosmos sahəsində əldə olunan elmi və texnoloji yeniliklərin məktəblilər üçün praktik və əlçatan təlim məzmununa çevrilməsi yeni təhsil yanaşmalarının formalaşdırılması baxımından mühüm imkanlar yaradır.

Bu çərçivədə astronomiya müşahidələrinin təşkili, peyk təsvirləri əsasında coğrafi və ekoloji araşdırmaların aparılması, robototexnika və proqramlaşdırmanın kosmik missiya modelləri ilə əlaqələndirilməsi kimi tətbiqlər nəzərdən keçirilir.

Belə yanaşmalar fizika, riyaziyyat, informatika və coğrafiya fənləri arasında əlaqənin gücləndirilməsinə, şagirdlərin tədqiqatçılıq, mühəndislik və yaradıcı düşünmə bacarıqlarının inkişafına xidmət edə bilər.

Əsas məqsəd kosmik sahədə formalaşan beynəlxalq təcrübənin təhsil mühitinə gətirilməsi və şagirdlərin elmi bilikləri real tətbiq sahələri ilə əlaqələndirməsinə imkan verən yeni yanaşmaların öyrənilməsidir.

Qeyd edək ki, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq konqresdə Azərkosmosun dəvəti və təşkilatçılığı ilə iştirak edir.

❮ ❯


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Oktyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri