Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Şagirdlərə davranış dərsi keçirilməlidir, attestata qiymət yazılmalıdır Nadir İsrafilovdan TƏKLİF

Şagirdlərə davranış dərsi keçirilməlidir, attestata qiymət yazılmalıdır Nadir İsrafilovdan TƏKLİF

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, müğənni Elçin Cəfərov birinci sinif şagirdlərinə əxlaq dərsinin keçirilməsini təklif edib. Müğənni deyib ki, əxlaq dərsini keçən müəllim də buna layiq olmalı və əxlaq qaydalarına ən əvvəl özü əməl etməlidir.

Mövzu ila bağlı Redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilov təhsillə bağlı məsələlərdə mütəxəsisslərdən fərqli olaraq müğənnilərin maraqlı təkliflər verdiyini bildirib.

“Müğənni Murad Arifin Azərbaycan dilinin tədrisini gücləndirmək üçün rus bölmələrində Azərbaycan dilinin fənn olaraq daha çox tədris olunmalı olduğu, ibtidai siniflərdə rus bölmələrinin bağlanması, 4-cü sinifdən sonra isə şagirdlərə istədikləri dili seçmək imkanı verilməsi barədə sosial mediada etdiyi paylaşımdan sonra, digər bir müğənni  Elçin Cəfərov da əxlaq dərsiylə bağlı təkliflə çıxış edib. Bu da təbiidir, çünki təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işidir, ümummilli məsələdir.

Bu mənada müğənninin sözündə müəyyən həqiqət var və onunla razılaşmamaq da olmur. Lakin “əxlaq dərsi” yox, bunu “davranış” sözü ilə əvəz etmək şərti ilə. Çünki, dilimizdə əxlaq sözü ilə yanaşı, əxlaqsız ifadəsi də işlənilir ki, bu da bir çoxları tərəfindən bir növ alçaldıcı, təhqiredici mənada assosiya oluna bilər. Məsələ təkcə bunda deyil. Biz ali məktəblərə qəbul zamanı testlərə məntiqdən suallar salırıq. Lakin bu fənn orta məktəblərdə tədris olunmadığından məzunlar sualı cavablandırmaqda müəyyən çətinliklərlə üzləşməli olurlar. Və ya “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” qəbul etmişik, bununla belə əksəriyyət şagirdlərimiz hüquq və vəzifələrini, nizam-intizamı tənzimləyən qayda və prosedurları lazımınca bilmirlər.

Bunun bariz nəticəsidir ki, son zamanlar məktəblərdə baş verən, və gündən-günə kütləvi xarakter almaqda davam edən, məktəbi, müəllimi gözdən salan bir sıra xoşagəlməz olaylar, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi və təkmilləşdirilməsi prosesini zəruri edir. Bu qaydaları elə tənzimlənməlidir ki, hər hansı sui-istifadə halları olmasın, eyni zamanda, proses düzgün aparılsın. Halbuki bir vaxtlar bizim bu sahədə kifayət qədər uğurlu təcrübəmiz olub”.

Ekspert deyib ki, bir vaxtlar məktəblərin məktəblərin foyesində “Əxlaq kodeksi” asılardı:

“Dəhlizlərdə “Ədəb qaydaları” guşələri yaradılırdı. Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı, yarımillik əxlaq qiymətləndirilməsi həyata keçirilərdi. Məktəbi bitirən məzunlara kamal attestatı ilə yanaşı, əxlaqına dair xasiyyətnamə verilərdi. Sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz olundu. Təlimə ifrat dərəcədə aludəliyimiz isə, tərbiyə məsələlərini arxa plana keçirdi, davranış anlayışını pedaqoji leksikonumuza yadlaşdırdı. Halbuki neçə nəsil təhsilə bu kimi yanaşmalardan kifayət qədər yararlanıb, faydalanıb. Bu halda sual olunur ki, əgər, məktəb təlim-tərbiyə ocağıdırsa, şagirdlərin yekun qiymətləri ilə yanaşı davranışı niyə qiymətləndirilməsin?

Baxmayaraq ki, 1990-cı illərdə Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ideyası ortalığa atılmış və hətta bunun layihəsi belə hazırlanmışdı, sonralar nədənsə, naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı. Halbuki müəyyən biliklərə yiyələnərək, müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəssübkeşliyi, xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti olmayacaqsa, bu gənc nə qədər peşəkar ixtisas sahibi olsa belə onun vətəninə, xalqına lazımı xeyri dəyə biləcəyi bir o qədər də inamlı təsir bağışlamayacaq. Çünki pedaqoji ədəbiyyatda təhsilin keyfiyyəti təkcə, hansısa bilik məcmusuna yiyələnməklə ölçülməyib, cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya kimi xarakterizə olunur. Görünür, bu məsələyə yenidən qayıtmaq zərurəti yaranıb”.

N.İsrafilov təklif edib ki, attestata ayrı-ayrı fənlər üzrə yekun qiymətləri yazarkən, davranışa aid bir qrafa da ayrılsın:

“Bunu, “əla”, “yaxşı”, “kafi” və hətta “qeyri kafi” kimi qiymətləndirmək, ali və orta-ixtisas məktəblərinə qəbul zamanı nəzərə almaq yolu ilə təhsil verənin hörmətini, təhsil alanın məsuliyyətini qaldıraq. Hələ ki, nəzərdə tutulan tədbirlər lazımı effekt verməsə, görünür radikal addımlar atılması qaçılmaz olacaq. Bir də ki, əgər dünya təcrübəsinə inteqrasiya ediriksə, bir çox ölkələrin ümumtəhsil məktəblərində “Etiket” (Davranış) adlandırılan xüsusi fənn tədris olunur. Bu fənn vasitəsi ilə məktəblilər evdə, ailədə, məktəbdə, ictimai yerlərdə və s. digər məkanlarda özlərini necə aparmaları barədə qaydalarla tanış olurlar kiçiklərlə, yaşlılarla münasibətdə necə davranmalarını öyrənirlər. Bu gün optimallaşdırmadan, rasionallaşdırnadan, inteqrasiyadan çox danışıriq. Bəlkə, belə bir inteqrativ fənnin yaradılması və tədris prosesinə daxil edilməsi barədə də bir düşünək, yoxsa ki, “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” bütün məktəblərdə tətbiq olunacağını və hansı effekt verib-verməyəcəyini gözləyək?”

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Fevral 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see497

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see218

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see200

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri