Icma.az
close
up
RU
Şagirdlərə ekoloji problemlərin həlli istiqamətində görüləcək işlər barədə məlumat verilib

Şagirdlərə ekoloji problemlərin həlli istiqamətində görüləcək işlər barədə məlumat verilib

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Daha Yaşıl Azərbaycan üçün Gənc Nəsil” adlı layihə çərçivəsində seminarları davam etdirib və layihə fəaliyyətlərini uğurla tamamlayıb.

Redaktor.az xəbər verir ki, növbəti seminarlar 24-26 sentyabr tarixində Biəsuvar rayonunun Səmədabad qəsəbə Tam Orta Məktəbində və 5 saylı Cəbrayıl qəsəbəsinin 10 saylı orta məktəbində orta məktəb şagirdləri üçün keçirilib.

Biəsuvar rayonunun Səmədabad qəsəbə Tam Orta Məktəbinin direktoru Əlituğ Eyniyev seminar iştirakçılarını salamlamış, Azərbaycan Respublikasının ekoloji məsələlərdə önəmli rol oynadığını və COP-29 tədbirlərinin əhəmiyyətini vurğulamış, bu layihənin də gənclərimiz üçün olduqca əhəmiyyətli olduğunu bildirmişdir. O, vurğulamışdır ki, bu tipli seminarlar məktəblilərin ekoloji maariflənməsi baxımından əhəmiyyətlidir və bu istiqamətdə əməkdaşlıq davam etdirilməlidir.

Sonra “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Aynurə Miriyeva iştirakçıları salamlayıb, layihə və onun hədəfləri barədə geniş məlumat verib. O, qlobal iqlim dəyişikliyi və onun dünya və ölkəmiz üçün fəsadları, iqlim dəyişiklikləri ilə mübarizə, COP-29 sonrakı dönəmdə Azərbaycanın iqlim dəyişiklikləri istiqamətində atacağı addımlar barədə təqdimat edib.

Şagirdlərə ekoloji problemlərin həlli istiqamətində görüləcək işlər və Bakıda keçirilən COP-29 tədbirlərinin davamı olaraq gənclərin üzərinə düşən vəzifələr barədə geniş təqdimat həyata keçirilib.

O həmçinin bildirdi ki, layihənin əsas məqsədi məktəblərdə iqlim dəyişiklikləri barədə maarifləndirmə səviyyəsini artırmaq, iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın COP-29 irsinin əhəmiyyətini vurğulamaqdır. Layihə çərçivəsində iqlim dəyişikliyinin səbəbləri, təsirləri və həll yolları haqqında məlumatlar təqdim olunub. Seminarda gənclərin aktiv iştirakı və interaktiv müzakirələr vasitəsilə onların ətraf mühitin qorunmasına olan marağını təşviq etmək, COP-29 sonrası dönəmə yeniyetmə və gənclərin töhfə verməsini stimullaşdırmaq layihənin əsas hədəf mövzusu olmuşdur.

Layihə fəaliyyəti üzrə təqdimatlardan sonra şagirdlərlə interaktiv diskussiyalar keçirilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.

Bununla da “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi “Daha Yaşıl Azərbaycan üçün Gənc Nəsil” adlı layihəni uğurla başa çatdırmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Sentyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri