Icma.az
close
up
RU
Qobustanda şagirdlərə BMU da tədris olunan ixtisaslar barədə məlumat verilib

Qobustanda şagirdlərə BMU da tədris olunan ixtisaslar barədə məlumat verilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 30 aprel, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsi tərəfindən Qobustan şəhər Elyar Vəliyev adına 2 nömrəli tam orta məktəbdə şagirdlər üçün maarifləndirici görüş təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə Dizayn kafedrasının müdiri dosent Vaqif Məmmədov, baş müəllim Rasim Qurbanov, müəllim Aygün İlyasova, Memarlıq və şəhərsalma kafedrasının müəllimi Dürdanə Aslanzadə çıxış ediblər. Çıxışlarda BMU-da tədris olunan ixtisaslar, Çin və Cənubi Koreya universitetləri ilə birgə həyata keçirilən ikili diplom proqramları, o cümlədən ali məktəbin maddi-texniki bazası, burada təhsil alan tələbələrin karyera imkanları barədə zəruri məlumatlar diqqətə çatdırılıb.

Tədbirdə Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyəti, ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının rolu geniş şəkildə vurğulanıb. Bu kontekstdə BMU tərəfindən müasir standartlara uyğun tədris olunan dizayn, memarlıq, şəhərsalma və dekorativ-tətbiqi sənət ixtisasları üzrə daha ətraflı və praktik məlumatlar təqdim edilib, həmin ixtisasların ölkədə aparılan müasir şəhərsalma siyasəti və memarlıq tendensiyaları ilə sıx əlaqəsi xüsusi qeyd olunub.

İnteraktiv müzakirələrlə davam edən görüşdə şagirdlərin sualları ətraflı cavablandırılıb və onların maraq dairələrinə uyğun istiqamətlər üzrə tövsiyələr verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri