Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şagirdlərə külli miqdarda ev tapşırığı verilir EKSPERT TƏNQİD ETDİ

Şagirdlərə külli miqdarda ev tapşırığı verilir EKSPERT TƏNQİD ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Hər kəsə məlumdur ki, ev tapşırıqları tədris proqramlarının səmərəli şəkildə mənimsənilməsi üçün vacib amillərdən biridir. Bu, həmişə belə olub: beş yüz il əvvəl də, min il əvvəl də, iki min il əvvəl də bu cür idi, bu gün də belədir, gələcəkdə də belə olacaq". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

O bildirib ki, bu məsələ ilə bağlı konkret hüquqi-normativ sənəd mövcuddur: "Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli, 171 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumtəhsil məktəblərində sanitar-gigiyenik normalar”da bu barədə açıq şəkildə qeyd olunub. Həmin normativ sənədə əsasən, ümumtəhsil məktəblərinin I sinif şagirdlərinə birinci yarımildə ev tapşırığı verilmir. İkinci yarımildə isə ev tapşırıqlarının yerinə yetirilməsinə sərf olunan vaxt bir saatı keçməməlidir. II, III və IV siniflərdə ev tapşırıqlarının yerinə yetirilməsinə sərf olunan vaxt 1,5-2 saata qədər ola bilər. V və VI siniflər üçün bu müddət 2,5 saata qədər, VII, VIII və IX siniflər üçün 3 saata qədər, X və XI siniflərdə isə gündəlik ev tapşırıqlarına sərf olunan vaxt maksimum 4 saat ola bilər.

Burada söhbət ümumilikdə bütün fənlər üzrə ev tapşırıqlarına ayrılan vaxtdan gedir, yəni bu rəqəmlər tək bir fənn üçün nəzərdə tutulmayıb. Amma bizdə vəziyyət fərqlidir. Şagirdlərə bəzən həddindən artıq, hətta "külli miqdarda" ev tapşırıqları verilir. Bu, elə birinci sinifdən, bəzən hətta məktəbəqədər hazırlıq mərhələsindən başlayaraq uşaqları ağır yüklə üz-üzə qoyur. Nəticədə uşaqlar həm fiziki, həm də zehni cəhətdən yüklənir, yorulur və ev tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkirlər.

Bəs bunun çıxış yolu nədir?

Ən ideal yol şagirdlərin məktəbdə, müəllim nəzarəti altında ev tapşırıqlarına hazırlaşmasıdır. Təəssüf ki, hazırda bir çox valideynlər bu yükün öhdəsindən gəlmək üçün uşaqlarını repetitora yönləndirirlər, bəzən bu proses elə 5 yaşdan, birinci sinifdən başlayır.

Təbii ki, bu sahədə ümumi nəzarət vacibdir. Bəs bu gün təhsil idarəetmə orqanları bu məsələyə nə dərəcədə nəzarət edir? Təəssüf ki, demək olar ki, heç bir şəkildə. Məktəb rəhbərləri də bu məsələyə ciddi yanaşmırlar. Nəticədə, şagirdin beyni yorulur, motivasiyası azalır, təhsilə marağı zəifləyir. Bəzən olur ki, uşaq azacıq nəfəs almaq, bir az dincəlmək, əylənmək istəyir. Amma bu da mümkün olmur. Sanki bir “stop” düyməsi basılır və uşaq dərhal öz tapşırıqları ilə üz-üzə qalır. Gün ərzində uşağın bütün vaxtı ev tapşırıqları, müəllimin verdiyi əlavə tapşırıqlar və valideynlərin yönləndirdiyi repetitor seansları ilə keçir. Bütün bu prosesin nəticəsində uşaq istismar olunur. Onun dincəlməyə, əylənməyə, oyun oynamağa, normal yuxu rejiminə vaxtı qalmır. Uşaqların həm psixoloji, həm də fiziki baxımdan bu qədər yüklənməsi birbaşa travmaya səbəb olur. Belə bir şəraitdə uşaq nəinki dərsi sevə bilmir, əksinə, təhsildən uzaqlaşmağa başlayır. Bu məsələyə ciddi nəzarət olunmalıdır. Məktəb rəhbərliyi bu məsələyə diqqətlə yanaşmalı, müəllimlər isə bilməlidirlər ki, bu sahədə qanunvericilik mövcuddur və orada ev tapşırıqlarına ayrılacaq maksimum vaxt konkret şəkildə göstərilib. Hər bir ev tapşırığı uşağın psixoloji və fiziki imkanları nəzərə alınmaqla verilməlidir. Təəssüf ki, bizdə çox zaman belə düşünülür: “Uşağa nə qədər çox tapşırıq versək, bir o qədər çox inkişaf edər.” Müəllim də eyni fikirdə olur, düşünür ki, daha çox ev tapşırığı verməklə daha yaxşı nəticə əldə edəcək. Amma bu, kökündən yanlış yanaşmadır. Əslində, çox deyil, məqsədyönlü və balanslı tapşırıq inkişaf gətirir".

"Bu problemin məsuliyyəti yalnız müəllimlərin və ya məktəb rəhbərlərinin üzərində deyil, bütün cəmiyyətin, hər bir valideynin, hər bir təhsil işçisinin və hətta ictimaiyyətin ümumi məsuliyyətidir. Nəticədə, bizim uşaqlarımız, gələcəyimiz, travmalı, emosional gərginlik içində böyüyən, aqressiv, dözümsüz, yorğun və susdurulmuş bir nəsilə çevrilirlər. Uşaqlar gün ərzində davamlı olaraq nizam-intizam və tapşırıqlar arasında sıxılıb qalır. Onlar nə səsini çıxara, nə istirahət edə, nə də rahat nəfəs ala bilir. Bütün diqqətləri yalnız dərs oxumağa və ev tapşırıqlarını yerinə yetirməyə yönəldilib. Bu isə uşaq yox, sanki bir mexaniki varlıq yetişdirmək cəhdidir.

Beləcə, biz fərqli düşünə bilməyən, tənqidi yanaşması olmayan, yaradıcı deyil, yalnız göstəriş yerinə yetirməyə vərdiş etmiş gənclər yetişdiririk. Və artıq bunun acı nəticələrini gənclərimizin davranışlarında, münasibətlərində və psixoloji durumlarında açıq şəkildə görməkdəyik" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:391
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 İyun 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri