Şagirdləri sevindirəcək təklif: Bu əşyalar evə aparılmayacaq
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Tədris proqramının ağır olması və dərs vəsaitlərinin, xüsusilə onların komplektlərinin çoxluğu ibtidai sinif şagirdlərinin çantalarının həddindən artıq yüklənməsinə səbəb olur. Bu isə onların sağlamlığına və fiziki inkişafına mənfi təsir göstərir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Ombudsman Səbinə Əliyeva deyib.
Ombudman tədrisin təşkil olunması ilə bağlı bir sıra təkliflər irəli sürüb:
-tədris proqramı optimallaşdırılsın;
-eyni fənn üzrə bir neçə əlavə vəsait əvəzinə inteqrasiya olunmuş, daha yığcam dərs materiallarından istifadə edilsin;
-rəqəmsal resurslardan istifadə genişləndirilsin və bunun üçün təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilsin;
-şagirdlərin gündəlik istifadə etmədikləri dərs vəsaitlərini məktəbdə saxlaya bilmələri üçün dolablar quraşdırılsın.
-Şagirdlərin təhsil müəssisəsinə gediş-gəlişinin asanlaşdırılması məqsədilə Bakı şəhərində tətbiq olunan “Məktəbli avtobusları” pilot layihəsinin növbəti tədris ilindən daha geniş şəkildə həyata keçirilməsi nəzərə alınaraq təklif olunur ki:
-xidmət üzrə müəyyən edilmiş ödəniş məbləğinə ölkə üzrə yaşayış minimumu nəzərə alınmaqla yenidən baxılsın və ödəniş mexanizmi ailələrin sosial vəziyyətinə uyğunlaşdırılsın.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 03 Mart 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















