“Şagirdlərimizin 13 faizə yaxını məktəbdə bullinqə məruz qalır” Emin Əmrullayev
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“PISA nəticələrimiz göstərir ki, Azərbaycanda şagirdlərin 12,8 faizi məktəbdə bullinqə məruz qalır”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İctimai TV-nin canlı efirində deyib.
Nazir həmçinin bildirib ki, Azərbaycanda valideynlərin üçdə biri övladının məktəbdəki dərsləri ilə maraqlanmır.
O qeyd edib ki, görülən işlərlə bağlı valideynlərin də dəstəyi olarsa, təhsilin səviyyəsi daha da irəli gedə bilər.
Emin Əmrullayev bəzi bölgələrdə şagirdlərin nəticələrinin olduqca aşağı olduğunu da deyib:
"Məsələn, Dağlıq Şirvan regionunda riyaziyyat üzrə nəticələr şərti olaraq Qarabağ regionundan yüksəkdir. Eyni ölkə, eyni təhsil sistemi olduğu halda, nəticələr arasında bu qədər böyük fərqin olması bizi narahat edir".
Fəridə, Bizim.Media
Baxış sayı:199
Bu xəbər 08 Sentyabr 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















