Icma.az
close
up
RU
Şagirdlərin bilik yarışına baxış

Şagirdlərin bilik yarışına baxış

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elm və Təhsil Nazirliyinin rəsmiləri, Təhsil İnstitutunun rəhbərliyi, təhsil ekspertləri və media nümayəndələrinin iştirakı ilə Respublika Fənn Olimpiadalarının (RFO) biologiya fənni üzrə praktiki mərhələsinə infotur təşkil olunub.

Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev imtahan prosesini izləyənlərə bildirib ki, VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla, ümumilikdə 8 fənn üzrə təşkil olunur. O əlavə etdi ki, təbiət fənləri üzrə olimpiadalarının praktiki turlarının təşkili yeni bir prosesdir. Ötən il yalnız fizika fənni üzrə praktiki tur keçirilib. Bu il isə həm fizika, həm də biologiya fənləri üzrə olimpiadanın praktiki mərhələsi təşkil olunub.

Bildirilib ki, informatika fənni üzrə final mərhələ bu il ilk dəfə olaraq iki gün – aprelin 25-i və 26-sı tarixlərində keçirilib. Aşağı yaş qrupu üzrə 107, yuxarı yaş qrupu üzrə isə 95 nəfər imtahanda iştirak edib. Fizika və kimya fənləri üzrə final mərhələsi aprelin 28-də baş tutub. Bu mərhələdə fizika fənni üzrə 121, kimya fənni üzrə isə 120 nəfər olmaqla ümumilikdə 241 şagird iştirak edib. Aprelin 29-da isə fizika fənni üzrə praktiki tur keçirilib. Azərbaycan dili və ədəbiyyatı, eləcə də coğrafiya fənləri üzrə Respublika Fənn Olimpiadalarının final mərhələsinin mayın 2-də, riyaziyyat fənni üzrə isə mayın 5-6-da keçirilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.

F.RİZVAN
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri