Icma.az
close
up
RU
“Şagirdlərin fiziki tərbiyə fənninə marağı daha da artıb”

“Şagirdlərin fiziki tərbiyə fənninə marağı daha da artıb”

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı Vahid Əzizov adına 30 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Nigar Sultanova oldu.

O, əvvəlcə özü haqda məlumat verib, həmçinin COP29 tədbirindən və payız tətilindən sonra şagirdlərin məktəblərə qayıdışından danışıb: "Mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bədən tərbiyəsi və idman müəllimliyi ixtisasını bitirmişəm. Artıq 10 ildir ki, idman müəllimi kimi fəaliyyət göstərirəm. Öz peşəmlə fəxr edirəm. Sevindirici haldır ki, vətənimizdə belə mötəbər bir tədbir - COP29 keçirildi. Şagirdlərin də payız tətili bu dövrə təsadüf etdi. Tətildən dərhal sonra böyük həvəslə şagirdlərimizə dərslərimizi keçməyə başladıq".

N.Sultanova şagirdlərdə fiziki tərbiyə dərsləri üçün motivasiya yaratmağın yollarından söz açıb: "Orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyəti qənaətbəxşdir .Dərslərin maraqlı keçməsi üçün şagirdlərdə motivasiya, inam yaratmaq, onlarda qətiyyət formalaşdırmaq önəmli faktorlardır. Fikrimcə, hər bir müəllim keçdiyi dərsin məsuliyyətini dərk etməli və öz vəzifəsini yüksək səviyyədə icra etməlidir. Biz uşaqlarda bu fənnə maraq oyatmaq üçün müxtəlif oyunlardan, fləşmoblardan, motivasiyaedici musiqilərdən istifadə edirik". 

Orta məktəblərdə idman zallarının durumun qənəatbəxş olduğunu vurğulayan müəllim bunu da qeyd edib ki, şagirdlər bir çox yarışlara qatılaraq qüvvələrini sınayırlar: "Orta məktəblərdə idman zallarının durumu qənəatbəxşdir. Fiziki tərbiyə dərslərini keçmək üçün əlverişli şərait var. Şagirdlərimiz daha çox komanda idman növlərinə - futbola, basketbola, voleybola maraq göstərirlər. Bəziləri isə fərdi yarışlarda qüvvələrini sınayırlar. Fərdi olaraq taekvondo, cüdo, boks və s. idman növləri üzrə yarışlarda iştirak etmiş şagirdlərimiz var. Şagirdlərim həm məktəbdaxili, həm rayon, həm də Bakı şəhəri keçirilən turnirlərində fərqləniblər. Onlar diplom, medallarla tətif olunurlar. Gənc nəslə fiziki və mənəvi dəstəyə görə mən Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olunmuşam". 

Həmsöhbətimiz bildirib ki, ölkədə idmana xüsusi diqqət göstərilməsi sayəsində şagirdlərin fiziki tərbiyə fənninə marağı daha da artıb: "Ölkə daxilində idman sahəsində aparılan islahatlar, idman komplekslərinin açılması uşaq və yeniyetmələrin idmana marağını daha da artırıb. Nəticədə o uşaqlar arasında dünya və Avropa çempionları yetişir".

N.Sultanova uşaqları və yeniyetmələri pis vərdişlərdən uzaqda saxlamaq üçün müəllimlərin valideynlərlə birgə iş aparmalı olduğunu söyləyib: "Uşaqların, gənclərin mənəvi və fiziki inkişafına dəstək olmaq üçün fiziki tərbiyə müəllimi kimi "İdmanı sevək, sağlam olaq" şüarı ilə çıxış edirik. Uşaqlarda idmana maraq oyatmalı, pis vərdişlərdən uzaqda saxlamağa nail olmalıyıq. Onları pis vərdişlərdən uzaqlaşdırmaq üçün məktəbin, valideynlərin və cəmiyyətin birgə rolu vacibdir".

O, sonda qızların idmanla məşğul olmağına və qazandıqları uğurlara da toxunub: "Həm valideyn, həm də müəllim kimi qeyd etmək istəyirəm ki, qızlarımızın son zamanlar idmanın müxtəlif növlərində qazandıqları yüksək nailiyyətlər danılmazdır. Bu, onu göstərir ki, qızlarımızı heç vaxt idmandan kənarda saxlamamalıyıq. Nümunə olaraq, bildirmək istərdim ki, qızım futbol ilə məşğul olmaq istəyir. Biz isə ailəsi olaraq onu dəstəkləyirik".

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://qol.az
archiveBu xəbər 30 Noyabr 2024 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri