Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Şagirdlərin vahid geyim formasına riayət etməsi zəruridir

Şagirdlərin vahid geyim formasına riayət etməsi zəruridir

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Təhsil müəssisələrində nizam-intizamın qorunması, sağlam təhsil mühitinin formalaşdırılması və məktəb mədəniyyətinin inkişaf etdirilməsi baxımından geyim qaydalarına əməl olunması mühüm əhəmiyyət daşıyır. Şagirdlərin və müəllimlərin geyimi yalnız xarici görünüş məsələsi deyil, həm də məktəbdə məsuliyyət, intizam və qarşılıqlı hörmət prinsiplərinin təşviqinə xidmət edən amillərdən biridir. Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsi təhsil mühitinin daha səmərəli təşkilinə yönəlmiş mühüm addımdır.

Azərbaycan Respublikasında təhsilalanların geyim formaları ilə bağlı tələblər mövcud normativ qaydalar əsasında müəyyən edilir. Eyni zamanda, 2026-cı ilin iyul ayında “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərlə dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanların, həm də təhsilverənlərin geyim tələblərinə riayət etməsi qanunvericilik səviyyəsində təsbit olunub. Həmin dəyişikliklər valideynlərin üzərinə də övladlarının müəyyən edilmiş geyim formasına əməl etməsini təmin etmək vəzifəsi qoyur.

Şagirdlərin vahid geyim formasına riayət etməsi məktəbdə ümumi nizam-intizamın möhkəmləndirilməsi, sosial fərqlərin xarici görünüş vasitəsilə qabardılmasının qarşısının alınması və kollektiv ruhunun gücləndirilməsi baxımından əhəmiyyətlidir. Məktəbli geyimi şagirdlərdə təhsil müəssisəsinə mənsubiyyət hissini artırır, onların dərs prosesinə daha məsuliyyətli yanaşmasına və məktəb mühitində müəyyən edilmiş qaydalara hörmətlə yanaşmasına töhfə verir. Bu qaydaların uğurla tətbiqi üçün valideynlərin, məktəb rəhbərliyinin və müəllimlərin birgə fəaliyyəti vacibdir.

Təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsi də təhsil sistemində peşəkar davranış mədəniyyətinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq edilib. Yeni qaydalar müəllimlərin geyimində vahid yanaşmanın formalaşdırılmasını və məktəblərdə işgüzar geyim mədəniyyətinin inkişafını nəzərdə tutur.

Geyim qaydalarının tətbiqində əsas məqsəd yalnız müəyyən tələblərə əməl olunmasını təmin etmək deyil, həm də təhsil iştirakçıları arasında məsuliyyət və qarşılıqlı hörmət münasibətlərini möhkəmləndirməkdir. Bu prosesdə məktəb rəhbərliyinin nəzarəti, müəllimlərin nümunəvi davranışı və valideynlərin dəstəyi mühüm rol oynayır. Qaydaların şagirdlərə aydın şəkildə izah edilməsi və onların yaş xüsusiyyətlərinin nəzərə alınması tələblərin daha düzgün mənimsənilməsinə imkan yaradır.

Nəticə etibarilə, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı tələblər məktəblərdə nizam-intizamın, peşəkarlığın və vahid təhsil mədəniyyətinin möhkəmləndirilməsinə xidmət edir. Müəyyən edilmiş qaydalara məsuliyyətlə yanaşılması təhsil müəssisələrində daha səliqəli, sağlam və məqsədyönlü mühitin formalaşmasına, eyni zamanda, gənc nəslin intizamlı və məsuliyyətli vətəndaş kimi yetişməsinə müsbət təsir göstərir.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Oktyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri