Icma.az
close
up
RU
Sağlam ana, sağlam körpə: Hamiləlik və doğuşla bağlı vacib tövsiyələr

Sağlam ana, sağlam körpə: Hamiləlik və doğuşla bağlı vacib tövsiyələr

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Pərvin Adıgözəlova müsahibə Nazirliyin rəsmi saytına müsahibə verib.

Bakıvaxtı.az həmin müsahibəni təqdim edir:

– Pərvin xanım, mamalıq fəaliyyətinin əsas prinsipləri nələrdir?
– Mamalıq – hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadın orqanizmində baş verən fizioloji və patoloji dəyişiklikləri öyrənən tibb sahəsidir. Bu sahədə çalışan hər bir həkim mama-ginekoloqun əsas məqsədi qadının və gələcək körpənin sağlamlığının qorunması, ehtiyac yarandıqda isə lazımi tibbi xidmətin göstərilməsidir.
Bu məqsədə çatmaq üçün hamiləlik dövründə düzgün antenatal qulluq vacibdir. Qadınlar dispanser qeydiyyatına alınmalı, risk qrupuna daxil olan hamilələr müəyyənləşdirilib onlara xüsusi nəzarət olunmalıdır. Həmçinin yanaşı xəstəlikləri olan qadınlara profil üzrə ixtisaslaşmış tibbi yardım göstərilməli, bu qadınların doğuşu ümumi profilli xəstəxanalarda təşkil edilməlidir.
Eyni zamanda, təcili və təxirəsalınmaz hallarda tibbi yardımın təşkili, doğuşdan sonrakı dövrdə isə patronaj xidmətlərinin həyata keçirilməsi də mamalıq fəaliyyətinin mühüm hissəsidir.

– Ana və uşağın sağlamlığı üçün maksimum təhlükəsizlik necə təmin olunur?
– Sağlamlıq üçün təhlükəsizliyin təmin olunması ilk növbədə qadının mütəmadi və vaxtında tibbi müayinələrə gəlməsi ilə bağlıdır. Həkim tərəfindən təyin edilən dərmanlar düzgün doza və vaxtda qəbul edilməlidir.
Hamiləlik dövründə ultrasəs müayinəsi və karditokoqrafiya kimi təhlükəsiz və qeyri-invaziv metodlarla dölün vəziyyəti izlənilir. Ehtiyac olduqda bu müayinələrin sıxlığı artırıla bilər. Bundan başqa, laborator müayinələr vasitəsilə də patoloji vəziyyətlər vaxtında aşkarlana bilər. Əsas məsələ hamiləliyin diqqətlə, fasiləsiz və nəzarət altında izlənilməsidir.

– Doğuşda cərrahi üsul hansı hallarda tətbiq edilir?
– Cərrahi doğuş yalnız göstəriş olduqda, təbii doğuş ananın və ya dölün sağlamlığı üçün təhlükəli sayıldıqda tətbiq olunur. Elə hallar da var ki, müəyyən diaqnozlara əsasən doğuş başlamamışdan əvvəl planlı şəkildə qeysəriyyə əməliyyatına ehtiyac yaranır.

– Ana südü ilə qidalandırma nə vaxt başlamalıdır?
– Ana südü ilə qidalandırma həm körpənin, həm də ananın sağlamlığı üçün çox vacibdir. Doğuşun növündən asılı olmayaraq, adətən doğuşdan dərhal sonra körpə döşə qoyulur. İlk süd – "molozivo" – bəzi qadınlarda doğuşdan dərhal sonra ifraz oluna bilər. Bu proses südvermə texnikası və düzgün qidalandırma üsulları barədə anaya məlumat verilməsi ilə müşayiət olunur.

– Doğuş zamanı qida və maye qəbulu ilə bağlı nələrə diqqət edilməlidir?
– Doğuş zamanı qadının gücünü itirməməsi üçün yüngül və az porsiyalarla qidalanmağa icazə verilir. Meyvə, kompot, az miqdarda şirniyyat, çay və ya xəstəxanada verilən xüsusi yeməklərlə qidalanmaq olar.
Hamiləlik boyu isə balanslı və zülallarla zəngin, vitamin və minerallar baxımından dolğun, tərəvəz əsaslı qidalanma tövsiyə olunur. Bu, körpənin sağlam inkişafına, doğuşun isə daha rahat və təhlükəsiz keçməsinə şərait yaradır.

– Hamiləliyin sağlam bitməsi üçün vacib olan amillər hansılardır?
– Ən önəmli məsələ hamiləliyin sağlam şəkildə başlanmasıdır. Hamiləliyi planlayan qadın mütləq şəkildə əvvəlcədən tibbi müayinələrdən keçməli, hər hansı xəstəlik və ya defisit (məsələn, dəmir, D vitamini) aşkarlanarsa, onları aradan qaldırmalıdır.
Diş müalicəsi, orqanizmin ümumi sağlamlığı, idman fəaliyyəti (əgər əvvəldən aktiv olubsa) və təmiz havada gəzintilər hamiləliyin sağlam keçməsinə yardım edir. Qidalanma isə xüsusi önəm daşıyır: gündə 5 dəfə az-az yemək, zülal, vitamin və mineral baxımından zəngin menyu, sağlam yuxu rejimi əsas tövsiyələrdəndir.
Sonda qeyd etmək istəyirəm ki, hamiləliyin sağlam və təhlükəsiz keçməsi üçün həkim tövsiyələrinə əməl etmək, müayinələri vaxtında keçmək və həyat tərzində düzgün yanaşmalar göstərmək vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 May 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri