Icma.az
close
up
RU
Sağlam həyat naminə...

Sağlam həyat naminə...

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Sumaq diabetə qarşı
Sumaq meyvəsinin diabet xəstəliyə təsiri çoxdur. Belə ki, sentyabr, oktyabr aylarında yetişmiş sumağın meyvəsini toplayıb günəşli havada qurudulur. Hazır məhsul sonra yaxşı-yaxşı əzib toz halına salınır. Tozdan 2 çay qaşığı bir stəkan suya töküb təqribən 20-30 dəqiqə dəmə qoyulur. Səhər, günorta, eləcə axşam yeməyindən yarım saat qabaq içəndə səmərəsini göstərir.
Cirə böyrək damarlarının fəaliyyətini qaydaya salır
Böyrək damarlarını təmizləmək, həmçinin onun fəaliyyətini artırmaqdan ötrü cirəni qaynadıb bu, cövhərdən içmək xeyirlidir. Onu düzəltməyə gələndə isə 20 qram cirəni bir stəkan suda qaynadıb süzürlər. Yeməkdən sonra hazır cövhərdən bir stəkan içmək məsləhətdir. Xalq təbabətində bu ən çox sınanmış üsuldur. Bir də fındıq ağacın qabığını soyub yandırmaq və onun xörək qaşığı miqdarında külünü suya qatım içmək böyrək daşlarının xırdalanmasına şərait yaradır.
Qaragilə qocalmaya qarşı
Təbiətin bizə əvəzsiz bəxş etdiyi qaragilə ən xeyirli giləmeyvədir. Özünəməxsus dada malik olan qaragilə heç bir meyvə və tərəvəzlə müqayisə oluna bilməz. Onun ən əsas xeyri insana odur ki, qocalma prosesini zəiflədir. Eyni zamanda qaragilə tərkibində olan maddələrlə bir çox xəstəliklərdən, o cümlədən xərçəngdən qurtulmaq üçün ən ideal vasitə hesab edilir.
Dərdlər dərmanı-çörəkotu
Müxtəlif xəstəliklərdə dərman kimi istifadə edilən çörəkotu həm də insan bədəninə dinclik, qüvvə verir. İkinci tərəfdən immunitet sistemini gücləndirir, allergiya, revmatizminin qarşını effektli şəkildə alır. Onu qoxulamaq isə başağrını kəsir. Daha sonra bu şəfalı bitkinin tüstüsü qripi aradan qaldırır. Bədəndə yaranan sızaqları çörəkotunun suyundan istifadə etməklə sağaltmaq olur.
Çörəkotunun digər müalicəvi xüsusiyyətləri də vardır. O, həzmi asanlaşdırır, mədə və bağırsaq qazını aparır.
Üzüm bəkməzi cana faydadır

Təbii bir enerji anbari kimi tanınan üzüm bəkməzi bədəndəki qanın miqdarını artırır və qan dövranını rahatlandırmaqla stressi azaldır. Damar sərtliyinə qarşı əsas qoruyucudur. İştahını artırır, mədə-bağırsaq və böyrəkləri qüvvətləndirir. Qadınlarda hamiləlik zamanı, həmçinin körpə inkişafında böyük təsir gücünə malikdir. Odur ki, bu dövrdə üzüm bəkməzindən ardıcıl istifadə etmək olduqca vacibdir.
Əgər zökəm olmusunuz...
Onda nənələrin məsləhətlərinə əməl etsəniz özünüzü daha yaxşı qorumuş olarsınız. Nənələr hələ qədimdən, yəni tibbi preparatların az vaxtında zökəmi təzə çuğundur şirəsi və ya sarımsaq, soğanın şirəsinin yağlı məhlulu ilə müalicə ediblər. Lap əla da alınıb. Bu məqsədlə burnunun hər dəliyinə gündə bir neçə dəfə 2-3 damcı dediyim həmin məhluldan damcılamaq vəziyyəti yoluna qoya bilər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 İyul 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see307

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see297

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see281

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see279

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see273

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see271

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see253

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see224

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see219

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see216

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see213

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see207

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see203

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see197

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see194

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see191

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see188

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see180

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri