Icma.az
close
up
RU
Sağlamlıq üçün risk, yoxsa əlin dadı duzu?

Sağlamlıq üçün risk, yoxsa əlin dadı duzu?

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzi insanlar hesab edir ki, yemək bişirən şəxsin əlcək geyinməsi gigiyena baxımından mütləqdir. Digərləri isə düşünür ki, istifadə olunan əlcəyin materialı həm qidanın dadına təsir edə, həm də sağlamlıq üçün risk yarada bilər. Bu səbəbdən bəziləri əlcəksiz bişirilməsini daha sağlam sayır. Bəs əslində hansı yanaşma daha doğrudur?

Qida eksperti Asim Vəli Metbuat.az-a açıqlamasında bildirib ki, ictimaiyyətdə bu mövzuya yanaşma birmənalı deyil:

“Əlcək istifadəsində əsas məqsəd qidanı insan əlindən keçə biləcək mikroorqanizmlərdən qorumaqdır. İnsan dərisində təbii halda çoxlu bakteriya olur. Əlcək çirk və mikroorqanizmlərin yeməyə keçməsinin qarşısını alır. Açıq yara, yanıq və kəsik varsa qidanın çirklənməsini minimuma endirir. İctimai iaşə yerlərində isə gigiyena standartlarını təmin edir. Əlləri tez-tez yumaq çox vacibdir. Yeməklə davamlı təmas olduğumuza görə bəzən təkcə yumaq kifayət etmir. Belə olduqda bir çox qida təhlükəsizliyi normalarında əlcək istifadəsi məcburidir”.

Ekspertin sözlərinə görə, keyfiyyətli birdəfəlik əlcəklər qidaya heç bir dad, qoxu, kimyəvi maddə buraxmır:

“Qida ilə təmas üçün nəzərdə tutulmuş materiallardan hazırlanır. Əlcəyin dad verməsi yalnız aşağı keyfiyyətli, standartlara uyğun olmayan materiallarda mümkündür. Buna görə peşəkar mətbəxlər xüsusi qida əlcəklərindən istifadə edir. Keyfiyyətsiz məhsullar tərlə birlikdə əlin qoxusunu dəyişə və insanda narahatlıq yarada bilər. Bu isə qidaya təsir edir kimi yanlış təəssürat yaradır. Əlcək taxmaq gigiyena demək deyil. Əlcək geyinib zibilə toxunmaq, telefon götürmək, qapı açmaq, sonra yenidən yeməyə toxunmaq qidanı daha çox çirkləndirə bilər. Yəni düzgün istifadə etməsək, əlcək gigiyenanı artırmır, əksinə zərər verə bilər. Bu halda insanlar düşünür ki, əlcək ümumiyyətlə lazım deyil. Halbuki problem əlcəyin özü deyil, səhv istifadəsidir”.

A.Vəli qeyd edib ki,ə lcəksiz işləyən şəxsin əllərini tez-tez sabunla yuması, dırnaqlarının təmiz və qısa olması, əllərində yara və ya zədənin olmaması, yeməyə toxunmadan əvvəl əl antiseptikindən istifadə etməsi vacibdir:

“Ev şəraitində əlcək taxmadan yemək bişirmək normaldır. Problem daha çox kafe, restoran və kütləvi iaşə yerləri üçündür. Burada çox sayda insanın sağlamlığı risk altındadır. Ən sağlam və təhlükəsiz yol əlcəkdən düzgün istifadə modelidir. Əlcək seçərkən keyfiyyətli birdəfəlik qida əlcəyi seçilməlidir, əlcək çirkləndikdə dərhal dəyişdirilməlidir, əllər hər halda tez-tez yuyulmalıdır, əlcək heç vaxt uzun müddət çıxarılmadan istifadə olunmamalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Noyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri