Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Pakistan Türkiyə və Fars körfəzi ölkələri ilə həmrəylik ifadə edib.
Moderator.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığına zamanı bildirib.
Ş. Şərif Türkiyə lideri ilə telefon danışığı barədə "X"də məlumat yayıb, Türkiyə və regiondakı digər qardaş ölkələrə yönəlmiş hücumları qəti şəkildə qınadığını bildirib. "Pakistanın Türkiyə və Körfəz ölkələri ilə olan sarsılmaz həmrəyliyini yenidən təsdiqlədim, gərginliyin azaldılması və dialoq üçün göstərilən bütün səylərə dəstək verməyə hazır olduğumuzu çatdırdım",- Pakistanın Baş naziri qeyd edib.
Liderlər Əfqanıstandakı vəziyyətə dair fikir mübadiləsi də aparıblar:
"Türkiyənin Pakistanla Əfqanıstan arasında sülhün yaradılması səylərini dəstəkləməsi, xüsusilə də bayram günlərində elan etdiyimiz müvəqqəti atəşkəsə verdiyi son töhfələri təqdirlə qarşıladığımı bildirdim".
Söhbət zamanı Pakistan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq da müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 19 Mart 2026 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















