Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Şahbaz Şərifin Bakı səfəri Yeni dövrün başlanğıcı

Şahbaz Şərifin Bakı səfəri Yeni dövrün başlanğıcı

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pakistan Azərbaycanın etibarlı hesab etdiyi nadir ölkələrdəndir. Azərbaycanla Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Bu gün iki ölkə arasında başda hərbi olmaqla, bir çox sahədə əməkdaşlıq var.

Pakistan keçmiş Dağlıq Qarabağ münaqişəsi dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləyib. Hətta rəsmi İslamabad Ermənistanın işğalçılıq siyasətini sərt tənqid edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini dəfələrlə ifadə edib. Məhz bu prinsipial mövqeyə görə Pakistan Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb və onunla iqtisadi-ticari əməkdaşlıqdan imtina edib.

Xüsusilə 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərdi. Müharibə dövründə Pakistan rəsmiləri Azərbaycanın haqq işini açıq şəkildə müdafiə edərək, Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pislədilər. Həmçinin Pakistan parlamenti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən rəsmi bəyanatlar qəbul edib.

Pakistanın siyasi rəhbərliyi müharibədən sonra da Azərbaycana dəstəyini davam etdirib, azad olunmuş ərazilərin yenidən qurulması prosesinə töhfə vermək niyyətini ifadə edib. Bu, təkcə iki dövlət arasındakı dostluğun deyil, həm də iqtisadi və strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının göstəricisidir.

Öz növbəsində Azərbaycan da Hindistanla Pakistan arasında davam edən Kəşmir münaqişəsinin həllində dəstəyini ifadə edib. Xüsusilə münaqişənin dinc yolla beynəlxalq hüququn prinsipləri əsasında həllində dəstəkləyib. Hətta tərəflər arasında vasitəçilik təklifi də olub.

Səfərin əsas diqqətçəkən məqamlarından biri də Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Frontier Works Organisation” şirkətinin Baş direktoru Abdul Sami mübadilə etdilər.

Bu, iki ölkə arasındakı iqtisadi əlaqələrin göstəricisidir. Ümumiyyətlə, Azərbaycanla Pakistan arasındakı iqtisadi-ticari əlaqələr strateji xarakter daşıyır və hər iki ölkənin hökumətləri bu sahədə əməkdaşlığı daha da genişləndirmək üçün ciddi səylər göstərirlər.

Bundan başqa, ticarət dövriyyəsinin artırılması istiqamətində bir sıra mühüm layihələr həyata keçirilir və yeni təşəbbüslər üzərində iş aparılır. Son illərdə qarşılıqlı ticarətin həcmi artsa da, hər iki tərəf bu göstəricilərin daha da yüksəlməsinə nail olmaq üçün birgə fəaliyyət göstərir.

Nəticə etibarilə Şahbaz Şərifin Azərbaycana səfəri iki ölkə münasibətləri baxımından mühüm əhəmiyyət kəsb edir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Fevral 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri