Icma.az
close
up
RU
Şahbaz Xuduoğlu; Azərbaycanda dinamik oxucu çevrəsi də var

Şahbaz Xuduoğlu; Azərbaycanda dinamik oxucu çevrəsi də var

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Bizim əlifbamız son 100 ildə 4 dəfə dəyişilib


Buna görə də oxucu nəsilləri arasında istər-istəməz qırıqlıq baş verib


Azərbaycanda oxu mədəniyyətinin formalaşması və inkişafı mövzusu aktuallığını qorumaqdadır. Cəmiyyətin mədəni səviyyəsinin, intellektual potensialının və maariflənmə dərəcəsinin göstəricilərindən biri olan kitab oxuma vərdişi hər zaman diqqət mərkəzində olub. 

“World Population Review”-nun apardığı son araşdırmaya görə, dünyada ən çox kitab oxuyan ölkələrin siyahısına ABŞ başçılıq edir. İlk onluqda ABŞ, Hindistan, Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, İspaniya, Niderland və İsveçrə qərarlaşıb. Cənubi Qafqaz ölkələri arasında Gürcüstan 62-ci, Ermənistan 63-cü, Azərbaycan isə 82-ci yerdədir. Digər qonşu ölkələrdən İran 21-ci, Türkiyə isə 29-cu pillədə qərarlaşıb. Siyahının sonunda isə Əfqanıstan, Bruney, Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr yer alıb.

Bu nəticələr göstərir ki, oxu mədəniyyətinin səviyyəsi regiondan regiona fərqlənir və müxtəlif tarixi, mədəni, sosial amillərlə müəyyən olunur. 


 “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Sherg.az-a açıqlamasında əvvəlki dövrlərdə də bu vəziyyətin müşahidə edildiyini söyləyib: 


"Bunun obyektiv səbəbləri var. Birincisi, gürcü, erməni əlifbaları min ildən çox tarixdə dəyişmədən qalıb. Onların öz əlifbalarında oxumaq vərdişi və mədəniyyəti var. Lakin bizim əlifbamız son 100 ildə 4 dəfə dəyişilib. Ərəbdən latına, latından kirilə və yenidən kirildən latına keçmişik. Buna görə də oxucu nəsilləri arasında istər-istəməz qırıqlıq baş verib".


Ekspert məsələnin subyektiv tərəfinin isə Şərq cəmiyyətlərində nisbətən kitab oxucusunun azlığı ilə əlaqədar olduğunu bildirib:

"Ümumilikdə Ərəb dünyasında, Türkiyədə son illər oxu surətlənib, oxucuların sayı artıb. Həmçinin əvvəlki illərə nəzərən İran və Azərbaycanda da artım müşahidə olunur. Azərbaycanda dinamik oxucu çevrəsi də var. Nəşriyyatların, kitab çeşidlərinin sayı artıb. Biz bu sahədə pessimist deyilik".


Banuçiçək Kalbalıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Noyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri