Icma.az
close
up
RU
“Şahdağ Qusar”a qayıtmağı özümə borc bildim”

“Şahdağ Qusar”a qayıtmağı özümə borc bildim”

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rahid Əmirquliyev ölkənin ən titullu, uzunmüddətli karyeraya malik futbolçularından biridi. Vaxtilə bir çox məşhur klubun formasını geyən qusarlı yarımmüdafiəçi indi doğma rayonun komandasının uğurları üçün çalışır.

"Şahdağ Qusar"ın kapitanı ilə söhbətdə bəzi suallara cavab tapmağa çalışdıq.
- Rahid, necəsən, komanda şəklində məşqlərə başlamısızmı?
- Xeyr, komanda heç bir işə başlamayıb. Hələ də rəhbərlikdən cavab gözləyirik. Büdcə müəyyənləşməyib. Büdcə müəyyənləşəndən sonra hansısa addımı atmaq olar. Heç nə bilinmir deyə, hazırlıq da buna görə başlamayıb.
- Oğlun Ramil də futbolu seçib, bir neçə gün əvvəl U-14 liqasında mövsümün ən yaxşı oyunçusu sayıldı. Necə düşünürsən, böyük futbolçu ola, səni və əmisi Fairi unutdura bilərmi?
– Düzdü, futbola gedir, “Qarabağ”da oynayır. Bu il çempion oldular, çempionatın ən yaxşısı seçilib. Potensialı var, amma hələ uşaqdı. Heç kim indidən deyə bilməz ki, gələcəkdə güclü futbolçu olacaq. Ümumi götürsək, futbolçu olmaq şansı, potensialı var. Məni və əmisini unutdurub-unutdurmayacağını gələcək göstərəcək.
- İllərdi premyer-liqada ən çox oyun keçirən futbolçusan. Bu rekordu (451 oyun – red.) nə qədər qoruya biləcəksən?
- Oyun sayına görə rekord uzun müddət Mahmud Qurbanova məxsus olub. Mənim rekordumun nə vaxt qırılacağını dəqiq deyə bilmərəm. Amma əminəm ki, bu rekord da nə vaxtsa qırılmaq üçündü. Yaxınlarda olmasa da, gələcəkdə bu rekordu da yeniləyəcəklər.
- Karyeranda ən çox yadda qalan klub hansıdı?
- Baxmayaraq ki, karyerama “Şahdağ Qusar”da başlamışam, ancaq karyeramın ən yaxşı vaxtları “Xəzər Lənkəran”da keçib. “Xəzər Lənkəran” mənim ikinci evim olub. Düzdü, “Qarabağ”da da oynamışam, uğurlarım olub, “Səbail”də də beş ilə yaxın oynamışam. Söhbət ən çox yadda qalan klubdan gedirsə, bu, “Xəzər Lənkəran”dı.
- “Şahdağ Qusar”a qayıtmağı özünə vəfa borcu saydın?
- Karyeramı bitirmişdim. “Şahdağ Qusar”dan və başqa klublardan təklif var idi. Hardasa oynamaq fikrim yox idi. “Şahdağ Qusar”dan təklif gələndə “yox” deyə bilmədim. Burda oynamaq mənim üçün həm fürsətdi, həm də özümə borc bildim ki, komandaya kömək edim.
- “Şahdağ Qusar”la titul da qazandın.
- Kömək etməyi özümə borc bilmişdim. Şükürlər olsun ki, borcumu yerinə yetirə bildim. “Şahdağ Qusar” 75 illiyində ilk kubokunu qazandı. Düzdü, bu, 2-ci liqadı. Amma “Şahdağ Qusar”ın rəsmi çempionluğu yox idi. Artıq oldu. İnanıram ki, bundan sonra da gücünü, iddiasını ortaya qoyaraq premyer-liqada da sözünü deyəcək.
- Özünü 1-ci liqada oynamağa hazır hiss edirsən? Fiziki durumun buna imkan verəcək?
- Düşünürəm ki, 1-ci liqada oynaya bilərəm. Düzdü, bunu zaman göstərəcək. Fiziki durumum yerindədi. Mənə elə gəlir ki, oynaya bilərəm.
- “Şahdağ Qusar”la müqavilənin müddəti mövsümün sonunda bitib. Bu, komandadan getməyin anlamına gəlir, yoxsa müddət artıq uzadılıb?
- Bəli, müqaviləmin müddəti başa çatır. Əlbəttə, qalmaq istərdim. 1-ci liqada da komandaya əlimdən gələn köməyi etmək istərdim. Bayaq dediyim kimi, hələ ki heç nə bəlli deyil. Gözləyirik. Dəqiq söz deyən yoxdu. Büdcənin müəyyənləşməsini gözləyirik. Klubun gələcək planları necə olacaq - bu da bəlli deyil. Rəhbərliklə söhbətimiz olmayıb.
- Qusarlı azarkeşlər çox çılğındı. “Şəfa” ilə Bakıdakı oyunda da bunu növbəti dəfə gördük. “Xəzər Lənkəran” azarkeşləri, yoxsa “Şahdağ Qusar”?
- “Şahdağ Qusar”ın həmişə çılğın azarkeşləri olub. Bunu əvvəllər də görmüşəm, indi də gördüm. Baxmayaraq ki, komanda öz stadionunda oynaya bilmədi, hər yerdə azarkeşlər bizə dəstək göstərdi. Xüsusilə “Şəfa” ilə oyunu qeyd edərdim. Mövsümün ən vacib oyununda gəlib bizə dəstək oldular. Amma “Xəzər Lənkəran” azarkeşlərini də unutmaq olmaz. Onlar da çılğınlıqda heç kimdən geri qalmırlar. Ümumiyətlə, bölgələrdə futbola maraq böyükdü. Bakıda olmayan maraq bölgədə var. Stadionlar dolu olur. Ona görə də futbolu rayonlarda inkişaf etdirmək lazımdı. Müqayisə etmək çox çətindi. Hər iki azarkeşi eyni görürəm.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 İyun 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri