Icma.az
close
up
RU
“Şahdağ Qusar”ın baş məşqçisi: “Oyunlara 1:0 öndə başlayacağıq”

“Şahdağ Qusar”ın baş məşqçisi: “Oyunlara 1:0 öndə başlayacağıq”

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

II Liqada çempion olan “Şahdağ Qusar”ın baş məşqçisi Elnur Abdullayevin futbolinfo.az saytına müsahibəsi

– II Liqada mövsümü məğlubiyyətsiz başa vuraraq çempion oldunuz. Təəssüratlarınız necədir?

– Haqq etdiyimiz çempionluq oldu. Bu, ikili çempionluqdur. O mənada ki, mövsüm ərzində məğlubiyyətlə üzləşmədik. Həqiqətən də, məğlubiyyətsiz çempionluq gözəl bir şeydir. Mən futbolçularıma hər zaman güvənirdim. İnanın mənə ki, mövsümün sonuna 6 tur qalmış I Liqaya vəsiqəni təmin etsək də, həmin vaxt uşaqlarda sevinc görmədim. Çünki qarşımıza konkret olaraq çempionluq məqsədi qoymuşduq. Normal halda I Liqaya vəsiqə qazanırsansa, bu da çempionluq kimi bir şeydir. Amma bu, bizim üçün yetərli deyildi, konkret olaraq çempionluğu hədəfləmişdik. Layiq olduğumuz çempionluğu da əldə etdik. Futbolçularımı, klub rəhbərliyini və “Şahdağ Qusar” azarkeşlərini ürəkdən təbrik edirəm.

– “Şəfa” ilə son turadək aranızda ciddi çempionluq mübarizəsi getdi və yekunda onları 1 xalla qabaqladınız. “Şəfa”nın bu dərəcədə rəqabət göstərəcəyini gözləyirdiniz?

– “Şəfa” II Liqada olmasaydı, çempionluğu 6 tur qabaq rəsmiləşdirə bilərdik. Həqiqətən də, aramızda yaxşı mübarizə getdi. Birinci dövrədə “Şəfa”ya 7:1 hesabı ilə qalib gəldik. Bundan sonra “Şəfa”da, deyərdim ki, 90 faiz dəyişiklik oldu: məşqçini dəyişdilər və heyətə təcrübəli futbolçular cəlb etdilər. Artıq bundan sonra çətin olacağını bilirdik. İkinci dövrə bizim üçün ilk dövrədən daha çətin keçdi. Lider olduğumuz üçün rəqiblər bizə qarşı başqa motivasiya ilə oynayırdılar. Biz bunu dərk etdiyimiz üçün hər matça final kimi baxırdıq. “Şəfa” ilə Bakıdakı görüşümüz finala bərabər idi. Həmin oyunu da yaxşı keçirdik, futbolçularım tapşırdığım hər şeyi yerinə yetirdilər və sonda meydanı 1 xalla tərk etdik. Bu, çempionluq xalı idi. Yekunda da çempion biz olduq.

– “Şahdağ Qusar” növbəti mövsümdə I Liqada çıxış edəcək. Hədəfiniz nə olacaq? Bu liqada da çempionluq mübarizəsi apara biləcəksiniz?

– Hazırda bu barədə heç bir şey deyə bilmərəm. Yaxınlarda rəhbərliklə görüşümüz olacaq. Rəhbərliyin nə tələb etdiyini, qarşımıza hansı hədəfi qoyduğunu biləndən sonra bu barədə məlumat verə bilərəm.

– II liqada oyunlarınızı məcburiyyətdən Şamaxıda keçirirdiniz. “Şahdağ Qusar”ın stadionundakı təmir işləri ilə bağlı vəziyyət nə yerdədir? I Liqada rəqiblərinizi Qusarda qəbul edə biləcəksiz?

– Ev oyunlarını Qusarda keçirsək, möhtəşəm azarkeşlərimizin hesabına oyunlara 1:0 öndə başlayacağıq. İnşallah, stadion tez bir zamanda bərpa olunar və rəqiblərimizi Qusarda qəbul edərik.

– Komandanın kapitanı Rahid Əmirquliyevin I Liqada da oyunçu kimi “Şahdağ Qusar”a kömək edib-etməyəcəyinə aydınlıq gəlib?

– Rahidlə bu haqda öz aramızda söhbət edəcəyik. Bu, elə şeydir ki, qərarı futbolçu özü verməlidir. Özünə də demişəm ki, qərarı özü versin. Futbolçu oynaya bilirsə, gücü varsa, komandaya kömək edə bilirsə, mənim üçün onun hansı yaşda olması fərq etmir. Rahid nə qərar verəcəksə, ona hörmətlə yanaşacağıq. Yanındayam, dəstəyəm. Nə qərar verəcəyini zaman göstərəcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 May 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri