Icma.az
close
up
RU
“Şah”ı mat edən Aydın

“Şah”ı mat edən Aydın

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Şah”ı mat edən Aydın

Medianın İnkişafı Agentliyinin layihəsi

Şahmat aləmində elə qələbələr var ki, onlar sadəcə turnir cədvəlinə yazılan bir xal olmur. Həmin nəticələr illərlə xatırlanır, haqqında danışılır,  idmançının karyerasında yeni mərhələnin başlanğıcı sayılır. Azərbaycanlı 21 yaşlı qrossmeyster Aydın Süleymanlının Honkonqda rapid üzrə komandalararası dünya çempionatında əfsanəvi Maqnus Karlsen üzərində qazandığı qələbə də məhz belə nəticələrdəndir.

Dünya şahmatının son onillikdəki simvoluna çevrilən norveçli Karlsen illərdir ki, rəqiblərinin ən çətin sınağı hesab olunur. Bu dəfə isə həmin sınaqdan üzüağ çıxan tərəf Aydın Süleymanlı idi. Həm də şahmatın ən sürətli növündə. 

Karlsen üzərində təkcə Aydın üçün əhəmiyyət daşımayıb. Azərbaycanın “Odlar Yurdu” komandası turnirin favoritlərindən sayılan “WR Chess”i  3,5:2,5 hesabı ilə məğlub edib. Rəqib komandanın heyətində isə əsl ulduzlar yarışıb:  Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav. 

Əslində, Aydın üçün bu oyun təsadüfi qarşılaşma omayıb. O, sonradan Azərbaycan Şahmat Federasiyasına verdiyi açıqlamada etiraf edib ki, turnirdən əvvəl komandanın kapitanı Rauf Məmmədova birinci lövhədə oynamaq istədiyini deyib. Səbəb sadə idi: Maqnus Karlsenlə qarşılaşmaq istəyi. 

Aydın Süleymanlı Azərbaycan Şahmat Federasiyasına açıqlamasında söyləyib: “Turnirdən əvvəl kapitanımız Rauf Məmmədovla danışanda birinci lövhədə oynamaq istəyimi söylədim. Çünki dünya çempionu Maqnus Karlsenə qarşı mübarizə aparmaq istəyirdim. Fikrimcə, hər bir şahmatçının arzusu Karlsenə qarşı oynamaqdır. Mən arzuma çatdım, hətta qalib də gəldim”. 

Gənc qrossmeysterin sözlərinə görə, artıq növbəti rəqiblərinə tamam fərqli psixologiya ilə yanaşır və şanslarını daha yüksək qiymətləndirir.

Uşaqlıqdan gələn yol

2005-ci ildə Bakıda anadan olan Aydın Süleymanlı şahmata erkən yaşlarından maraq göstərib və 5 yaşında bu yola başlayıb. 6 yaşından etibarən beynəlxalq yarışlara qatılan Aydın 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinciliyə yiyələnib. O, həmin ilin dekabr ayında Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutub. Süıeymanlı 2014-cü ilin noyabrında blits və rapid növü üzrə Avropa çempionatında bütün rəqiblərini üstələyib, həm blits, həm də rapiddə 10 yaşlı oğlanlar arasında birinci olub.

Aydın 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində təşkil olunmuş Avropa çempionatında 9 oyundan 7 xal yarım yığmaqla 12 yaşlı oğlanlar arasında Avropa çempionu adını qazanıb. Süleymanlı 2019-cu ildə 2 titula yiyələnib. Belə ki, o, Hindistanın Mumbay şəhərində keçirilmiş dünya çempionatında 11 oyundan 9 xal yığmaqla 14 yaşlı oğlanlar arasında dünya çempionu tituluna sahib çıxıb. Həmçinin 2019-cu ilin noyabr ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərindəki 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub. 

2023-cü ildə beynəlxalq qrossmeyster adını qazanan Süleymanlı artıq Azərbaycanın yeni şahmat nəslinin əsas simalarından biri hesab olunur. O, gənc yaşına baxmayaraq, həm fərdi yarışlarda, həm də milli komandanın heyətində sabit nəticələri ilə diqqət çəkir, artıq dünyanın aparıcı qrossmeysterləri ilə eyni turnirlərdə mübarizə aparır.

“Bu oyunu heç vaxt unutmayacağam”

Karlsen üzərində qələbə qazanan hər şahmatçı bu oyunu karyerasının xüsusi səhifəsi kimi saxlayır. Aydın Süleymanlı da istisna deyil. O deyir ki, həmin partiyanı heç vaxt unutmayacaq. Çünki söhbət illərlə əlçatmaz görünən bir hədəfə qovuşmaqdan gedir: “Maqnus çox böyük şahmatçıdır, ona qalib gəlmək bəzi insanlar üçün imkansızdır. Əvvəllər mən də mümkünsüz kimi düşünürdüm, lakin qələbə qazanmağı bacardım. Bu anı və oyunu heç vaxt unutmayacam. 
Maqnus şahmat tarixinin ən güclü təmsilçisidir. 90 faiz insanlar bu fikirdədir. Karlsenə qarşı istənilən oyunda mübarizə aparmaq çox çətindi. Rapid oyununda vaxt azaldıqca şanslar tükənir. Ona görə bu qələbə özümə daha çox inanmağa kömək etdi. Maqnusla oyundan sonra digər rəqiblərə başqa fikirlə yanaşıram. Növbəti oyunlarda şanslarımı daha çox dəyərləndirirəm”.

İndi isə qarşıda yeni sınaq var. Aydın Süleymanlı 2-5 iyul tarixlərində ABŞ-da keçiriləcək rapid və blits turnirində mübarizə aparacaq. Honkonqdakı qələbədən sonra ona maraq daha da artıb. Çünki artıq Aydın sadəcə perspektivli gənc şahmatçı yox, şahmat tarixinin ən böyük adlarından birini məğlub etməyi bacaran azərbaycanlı qrossmeysterdir.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://qol.az
archiveBu xəbər 28 İyun 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri