Sahib Alıyev: Paşinyanın təşəkkürü Azərbaycanın sülhə verdiyi töhfənin göstəricisidir
Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin deputatı Sahib Alıyev Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın son çıxışlarına münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat qeyd edib ki, son yarım ay ərzində Avrasiya İqtisadi İttifaqının fərqli formatlı iki toplantısında Ermənistanın baş naziri ölkəsindən daşınan yüklərə tətbiq olunan qadağaların aradan qaldırılmasına və ikitərəfli ticarətdə atılan ilk addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Sahib Alıyev bunu Azərbaycanın göstərdiyi xeyirxahlığa qarşı ilk dəfə olaraq Ermənistan tərəfindən adekvat reaksiyanın verilməsi kimi qiymətləndirib.
Bununla yanaşı, deputat Paşinyanın mövqeyində ziddiyyətlərin də açıq şəkildə göründüyünü bildirib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Qərb platformalarında iştirak etdiyi tədbirlərdə bu təşəkkürü dilə gətirmir, digər məsələlərdə isə selektiv yanaşma nümayiş etdirir.
Sahib Alıyev vurğulayıb ki, Ermənistan rəhbərliyi bir tərəfdən bəzi məsələləri beynəlmiləlləşdirməyə çalışır, digər tərəfdən isə ikitərəfli formatda həll təklif edir. Deputat qeyd edib ki, bu cür ziddiyyətli siyasət Ermənistan üçün son illər müsbət nəticə verməyib.
Milli Məclisin üzvü əlavə edib ki, Azərbaycan Ermənistanla bağlı qərarlarını heç vaxt təşəkkür gözləntisi və ya qazanc məqsədi ilə verməyib. Onun sözlərinə görə, Azərbaycan bu addımlarla regionda sülhün təşviqinə sadiq olduğunu nümayiş etdirir.
“Azərbaycan bir daha göstərir ki, hansı platformada olmasından asılı olmayaraq, Prezident İlham Əliyevin regiona gətirdiyi sülh siyasətinə qarşı hər hansı addım atılarsa, ölkəmiz buna adekvat cavab vermək gücündədir”, – deyə Sahib Alıyev bildirib.
Afət ZİYADQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 23 Dekabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















