Icma.az
close
up
RU
Sahib Məmmədov müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir?

Sahib Məmmədov müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir?

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Artıq 1 ilə yaxındır ki Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir. Rəhbərliyə gəldiyi gündən qalmqallı təyinatları, başıpozuq idarəetməsi ilə yadda qalan Sahib Məmmədov öz ətrafına qarşı hədsiz dərəcədə həssas yanaşmaqda davam edir.

Mia.az-ın məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasından şikayətlər durmadan artmaqdadır: "2024 cü ilin noyabr ayından 2025-ci ilin mart ayına qədər təşkilatdan 500 nəfərə yaxın əməkdaş müxtəlif bəhanələrlə işdən çıxarılmış, ixtisara salınmış, işsiz qalmışdır. Təşkilatın 10 idman cəmiyyəti heç bir səbəb olmadan bağlanmışdır. Lkain qurumdan səs çıxmayıb. Halbuki bu idman cəmiyyətləri illərdir ölkənin idman siyasətinə ciddi töhvələr vermiş, idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmişdir.

Təşkilatın tabeliyində yalnız Gənclik Könüllü Tələbə İdman Cəmiyyəti saxlanılanda hamımız düşündük ki, tələbələri düşünərək, onların fiziki hazırlığına, asudə vaxtlarının səmərəli təşkil olunmasına xidmət edəcəkdir. Sən demə məqsəd başqa imiş...

Gənclik Könüllü Tələbə İdman Cəmiyyətinin nizamnaməsinə əsasən 2024-2025-ci tədris ilində ölkə ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində idman yarışları keçirmək və yarışların nəticəsi olaraq 12 idman növü üzrə komanda yaradaraq, beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyinə siyahıları təqdim etməkdir: "Lakin Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının rəsmi sosial şəbəkələrində bu yarışlar haqqında heç bir məlumat yoxdur. Belə başa düşülür ki, bu yarışlar rəsmi olaraq keçirilməmiş, digər işlər kimi sənəd üzərində saxtalaşdırılaraq, siyahılar Gənclər və İdman Nazirliyinə göndərilmişdir.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasını AHİK sədrinin müşaviri Nigar Vahabzadə öz əsarəti altında saxlamağının məqsədləri artıq hər kəsə aydın olur. Xanım Vahabzadə bu ilin iyul ayında Almaniya və digər bahalı Avropa ölkələrində keçiriləcək bu yarışlarda AHİK vəsaiti hesabına bir növ istirahətə getməyə hazırlaşır. Eyni zamanda əldə etdiyimiz məlumata görə, Nigar Vahabzadə bu səfərə tək özü yox, azyaşlı oğlunu da aparmağa hazırlaşır. Maraqlıdır ki, əvvəlki illərdə xarici yarışlarda iştirak üçün ezamiyyə xərcləri yalnız komandanın tərkibi üçün ayrılırdı. Hazırda bildiyimizə görə bu ilki yarışlara təşkilatın sədri Tural Qasımov, sədrin müavini Sahib Məmmədovun yaxın qohumu Fikrət Hacıyev də AHİK vəsaiti, yəni aztəminatlı insanlardan tutulan 2 % vəsait hesabına getməyə hazırlaşır..."

Firudin Səfərli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://mia.az
archiveBu xəbər 01 İyul 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri