Sahibə Qafarova: Azərbaycan dilinin qorunması dövlət siyasətinin prioritetləri siyahısındadır
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
"Azərbaycan dilinin qorunması dövlət siyasətinin prioritetləri siyahısındadır".
APA xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri, professor Sahibə Qafarova “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.
“Bu konfransın məqsədi Azərbaycan dilinin qorunması və inkişaf strategiyalarını müzakirə etməkdir. Dil siyasətinin hüquqi və intusional bazasını gücləndirən orqan Milli Məclisdir. Azərbaycan dilinin inkişafı həmişə diqqət mərkəzimizdədir. Bu istiqamətdə Ulu öndər Heydər Əliyevin atdığı addımlar danılmazdır. Məhz ümumilli liderimizin əzmkarlığı sayəsində 1978-ci ildə Azərbaycan dilinə Dövlət dili statusu verildi”, - Sahibə Qafarova qeyd edib.
O bildirib ki, Azərbaycan dili inkişaf edir, lakin qlobal proseslər qarşıya yeni tələblə qoyur: “Sistemli yanaşmaya ehtiyac yaranır, Azərbaycan dilininn qarşısında yeni vəzifələr dayanır. Dilin saflığının qorunması, terminologiyaların elmi əsaslarla yenilənməsi, və s. dil sayəsitinin yeni mərhələsində təhsildə müasir metod və texnologiyalarla dil tədrisinin təkmilləşdirilməsi, ədəbi dil normalarının təkmilləşdirilməsi, Azərbaycan dilinin mədəni məkanda nüfuzunun artırılması və s. bu kimi məqsədlərin təmin edilməsi dövlətimiz üçün strateji əhəmiyyət daşıyır”.
Baxış sayı:76
Bu xəbər 08 Dekabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















