Icma.az
close
up
RU

Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərində Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Belarus arasında münasibətlərin bütün sahələri əhatə etməklə, dostluq və qardaşlıq prinsiplərinə söykəndiyi qeyd edilib. Vurğulanıb ki, münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolu var. Spiker Sahibə Qafarova ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və imzalanan sənədlərin əlaqələrin daha da dərinləşməsini təmin etdiyini diqqətə çatdırıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiyi, beynəlxalq platformalarda bir sıra məsələlərdə bir-birinə qarşılıqlı dəstək verdiyi də bildirilib.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın mühüm bir istiqamətini təşkil edən parlamentlərimiz arasında münasibətlərin də hazırki səviyyəsindən razılıq ifadə olunub. Spiker Sahibə Qafarovanın cari ilin iyun ayında Belarus Respublikasına rəsmi səfəri və səfər çərçivəsində keçirilən görüşlər məmnunluqla xatırlanaraq, qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiyi qeyd olunub.
Tərəflər parlamentlərimiz arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını xatırladaraq, bu sənədin qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verdiyini bildiriblər. Sahibə Qafarova Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində Belarus parlament nümayəndə heyətinin geniş tərkibdə müşahidələr apardığını bildirib və qarşı tərəfə minnətdarlığını ifadə edib. O, bu seçkilərin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən soran keçirilən ilk parlament seçkiləri olduğunu diqqətə çatdırıb.
Natalya Koçanova ölkəmizdə parlament seçkilərinin uğurla keçirilməsi və yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib. O, Azərbaycanın sədrliyi ilə Bakıda COP29 kimi qlobal tədbirin uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan və Belarus Prezidentlərinin COP29 çərçivəsində təşkil olunan tədbirlər zamanı nitqlərini xatırladaraq, qeyd edib ki, dövlət başçılarımız həm tədbirin əhəmiyyəti, həm də beynəlxalq münasibətlər sistemində mövcud olan vəziyyət barədə geniş və obyektiv fikirlərini səsləndiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Noyabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see300

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see159

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri