Icma.az
close
up
RU
Sahibə Qafarova Çin Milli Audit Ofisinin rəhbəri ilə görüşüb

Sahibə Qafarova Çin Milli Audit Ofisinin rəhbəri ilə görüşüb

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Milli Audit Ofisinin rəhbəri, Ali Audit Orqanlarının Asiya Təşkilatının Baş Katibi Hou Kainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az xəbər verir ki, Milli Məclisin sədri Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısı və bu qurumun Ərəb Ali Audit Qurumları Təşkilatı (ARABOSAI) ilə birgə tədbirin əhəmiyyətini qeyd edərək, vurğulayıb ki, belə beynəlxalq görüşün Azərbaycanda keçirilməsi ölkəmizin maliyyə hesabatlılığına, müstəqil auditə və bu sahələrdə beynəlxalq əməkdaşlığa verdiyi önəmin sübutudur.
Söhbət zamanı spiker qonaqlara Azərbaycan Respublikasının qanunverici orqanı olan Milli Məclis və onun fəaliyyət prinsipləri, siyasi partiyaların təmsilçiliyi, parlamentdə gender bərabərliyinin qorunması, parlamentin komitə və komissiyaları haqqında məlumat verib.
Spiker bildirib ki, qanunvericilik funksiyası ilə yanaşı, Milli Məclis nəzarət funksiyalarını da icra edir. Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Milli Məclis tərəfindən yaradılmış Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətində əsas prioritetlərdən biri beynəlxalq əməkdaşlıqdır. Bu fəaliyyət institusional potensialın gücləndirilməsinə, qabaqcıl standartların tətbiqinə və ən yaxşı beynəlxalq təcrübələrə uyğun olaraq dövlət auditinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.
Söhbət zamanı Milli Məclisin sədri qonaqların bu səfər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edəcəklərindən məmnunluqla danışıb və onlara ölkəmizin Vətən müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad etməsi, orada aparılan geniş tikinti-quruculuq işləri barədə də məlumat verib.
Görüş üçün təşəkkürünü bildirən Çin Milli Audit Ofisinin rəhbəri, Ali Audit Orqanlarının Asiya Təşkilatının Baş Katibi Hou Kai Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısında və bu qurumun Ərəb Ali Audit Qurumları Təşkilatı (ARABOSAI) ilə birgə görüşündə iştirak etmək üçün ölkəmizə səfərindən məmnunluqla danışıb.
Qonaq sözügedən tədbirlərin təşkilinə görə ASOSAI və Çin Milli Audit İdarəsi adından Milli Məclisin sədrinə və Hesablama Palatasına təşəkkürünü bildirib. O, qeyd edib ki, Azərbaycanın təşkilatçılığı sayəsində ASOSAI və ARABOSAI assosiasiyalarının üzvləri Şərqlə Qərbin qovşağında bir araya gələrək dövlət sektorunda auditin inkişafını müzakirə etmək imkanı əldə ediblər.
Qonaq dövlət sektoru auditinin milli nəzarət sisteminin mühüm tərkib hissəsi olması və bütün ölkələrin sosial-iqtisadi inkişafında əvəzolunmaz rolu barədə danışıb. O, Azərbaycanın dünyada ekoloji təhlükəsizliyin qorunmasındakı rolu, ölkəmizdə COP29-un uğurla keçirilməsi və orada mühüm məsələlərin müzakirə olunması barədə də fikirlərini bölüşüb, Azərbaycana sülh və davamlı inkişaf arzularını çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 İyul 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri