Icma.az
close
up
RU
Sahibə Qafarova: Milli Məclis və məhkəmə sistemi arasındakı münasibətlər əməkdaşlıq xarakteri daşıyır

Sahibə Qafarova: Milli Məclis və məhkəmə sistemi arasındakı münasibətlər əməkdaşlıq xarakteri daşıyır

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Milli Məclis və məhkəmə sistemi arasındakı münasibətlər əməkdaşlıq xarakteri daşıyır. Məhkəmə islahatlarına dair təşəbbüslər tez-tez parlamentdə müzakirə olunur, təkmilləşdirilir və təsdiq edilir".

Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçıları ilə keçirilən görüşdə deyib.

O bildirib ki, Milli Məclisin hazırkı tərkibi 2024-cü ildə sentyabr ayında keçirilən seçki nəticəsində formalaşıb:

"Bu seçki müstəqillik dövründə ilk dəfə ölkəmizin bütün ərazilərində keçirilib. Bildiyiniz kimi, Azərbaycan ərazisinin 20 faizi 30 il ərzində Ermənistanın işğalı altında idi. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi, 2023-cü ilin sentyabrında keçirilən birgünlük antiterror əməliyyatı nəticəsində Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edilib və dövlətimizin suverenliyi bütün ərazimizdə tam bərpa edilib. Buna görə də bu seçki azərbaycanlılar üçün tarixi əhəmiyyətə malikdir".

"11 siyasi partiyanın nümayəndələri birpalatalı parlamentə seçiliblər. Parlamentin deputat mandatlarının əksəriyyəti cəmiyyətin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına məxsusdur. 41 üzv müstəqildir. 125 parlament üzvündən 26-sı qadındır. Bu, əvvəlki dövrlərlə müqayisədə qadınların sayının artdığını göstərir", - deyə sədr iştirakçıları məlumatlandırıb.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see349

“İnsanyuyan” satışa çıxarıldı Fotolar

29 Noyabr 2025 08:07see185

Yeni çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradır

29 Noyabr 2025 10:07see177

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see168

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see167

Göygöldə “BMW” alışıb yandı Fotolar+Video

29 Noyabr 2025 07:20see156

Zəngəzur dəhlizi Cənubi Qafqazın güc xəritəsini yenidən cızır TƏHLİL

29 Noyabr 2025 09:09see154

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see150

“Aristokrat” klinikasında QALMAQAL KONKRET

29 Noyabr 2025 09:10see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see136

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see136

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see135

ABŞ bütün sığınacaq müraciətlərinə baxışı dayandırıb

29 Noyabr 2025 08:22see134

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see133

Tanınmış türk məşqçi Azərbaycanda işləmək istəyir

29 Noyabr 2025 08:27see132

Ödənişli yolda YENİLİK

29 Noyabr 2025 10:08see131

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see131

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see130

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see129

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri