Icma.az
close
up
RU
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşdü Yeni Çağ Media

Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşdü Yeni Çağ Media

Yenicag saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqla görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildiriblər ki, görüşdə ölkəmizin COP29 Sədrliyindən irəli gələn məsələlər, həmçinin Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşünə hazırlıq istiqamətində görülən işlər haqqında fikir mübadiləsi aparılıb.

Martin Çunqonq COP29 kimi vacib qlobal tədbirə ev sahibliyi etdiyi üçün ölkəmizə təbriklərini çatdırıb.

Fikir mübadiləsi zamanı COP29-a hazırlıq işlərinin yüksək səviyyədə aparıldığı vurğulanıb və görülən işlər yüksək qiymətləndirilib.

Görüşdə iqlim dəyişikliyinin yaratdığı problemlərin bütün dövlətlərə mənfi təsirlər göstərdiyi, bu istiqamətdə qlobal əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb, COP29-un müzakirə edilən mövzuların aktuallığı, dünyada iqlim dəyişikliklərinin yaratdığı problemlərin aradan qaldırılmasına töhfələri baxımından çox mühüm beynəlxalq tədbir olduğu diqqətə çatdırılıb. Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin iştirak etdikləri COP29-a böyük marağın göstərildiyi və tədbirdə 70 mindən çox qonağın iştirak etməsinin bunun bariz ifadəsi olduğu bildirilib.

Görüşdə Milli Məclislə Parlamentlərarası İttifaq arasındakı münasibətlər yüksək dəyərləndirilib, Azərbaycanın PAİ-nin tədbirlərində fəal iştirak etdiyi, tərəflər arasında uğurlu əməkdaşlığın mövcud olduğu bildirilib. Bu əməkdaşlığın nəticəsi olaraq, COP29 çərçivəsində keçiriləcək Parlament Görüşünün yüksək səviyyədə keçiriləcəyinə inam ifadə edilib.

Tərəflər konfransda müzakirə ediləcək məsələlərin əhəmiyyəti, iqlim dəyişikliklərinə qarşı atılacaq gələcək addımların müzakirəsi baxımından bu tədbirin vacibliyini vurğulayıblar.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 15 Noyabr 2024 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri