Icma.az
close
up
RU
Sahibə Qafarova Sandor Lezsakla görüşüb

Sahibə Qafarova Sandor Lezsakla görüşüb

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Spikerin Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşü olub

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Macarıstan Milli Assambleyasının sədr müavini Sandor Lezsakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən AYNA.AZ-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğu qeyd olunaraq, ölkələrimizin siyasi, iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal əməkdaşlıq etdikləri diqqətə çatdırılıb.

Yüksək səviyyəli, o cümlədən dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərin daha da genişlənməsində vacib rolu xüsusi vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da geniş əlaqələrin mövcud olduğu bildirilib.

Parlament sədrlərinin, həmçinin dostluq qruplarının və deputatların qarşılıqlı səfərlərinin, fəal təmaslarının bu əlaqələrə dinamizm verdiyi qeyd edilib. Parlamentlərimizin Parlamentlərarası İttifaq, ATƏT PA, NATO PA və digər beynəlxalq parlament təşkilatlarında da əməkdaşlığından məmnunluq ifadə olunub.

Milli Assambleyanın sədr müavini Macarıstan Parlamentinin spikeri Laslo Koverin salamlarını və xoş arzularını Milli Məclisin sədrinə çatdırıb. O, ölkəsinin dost Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini ifadə edib.

Görüşdə xalqlarımızın oxşar dəyərləri bölüşdüyü qeyd olunaraq, humanitar sahədə əlaqələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağa xidmət etdiyi, təhsil, mədəniyyət sahələrində uğurlu əlaqələrin qurulduğu qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 May 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri