Sahibə Qafarovanın bu vəzifəyə namizədliyi irəli sürüldü
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb.
Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Joqorku Keneşin vitse-spikeri Bolot İbrahimovla görüşündə məlumat verib.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığa dair aktual məsələləri, o cümlədən parlamentlərarası əlaqələrin inkişafını müzakirə ediblər.
B.İbrahimov Qırğızıstan və Azərbaycan arasında ortaq tarixi, mədəni və mənəvi dəyərlərə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
O, dostluq qruplarının fəaliyyəti, parlamentarilərin səfər mübadiləsi və müvafiq komitələrin əməkdaşlığı daxil olmaqla Joqorku Keneşin Azərbaycan Milli Məclisi ilə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Tərəflər türk ölkələri arasında parlamentlərarası dialoqun inkişafına və siyasi, iqtisadi və humanitar əlaqələrin möhkəmlənməsinə kömək edən Türk Dövlətləri Parlament Assambleyası çərçivəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetiriblər.
L.Qəndilov öz növbəsində, Azərbaycan və Qırğızıstan arasında parlamentlərarası qarşılıqlı fəaliyyət də daxil olmaqla bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.
Qeyd edək ki, hazırda Parlamentlərarası İttifaqın prezidenti Tanzaniya parlamentinin spikeri Tuliya Eksondur. O, 2023-cü il oktyabrın 27-də vəzifəsinin icrasına başlayıb, onun səlahiyyətləri 3 illik müddətə nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 14 İyul 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















