Icma.az
close
up
RU
Sahibə Qafarovanın Rusiyanın Dostluq ordeni almasına deputatdan REAKSİYA: “Cümhuriyyəti yaradanların ruhu şaddır”

Sahibə Qafarovanın Rusiyanın Dostluq ordeni almasına deputatdan REAKSİYA: “Cümhuriyyəti yaradanların ruhu şaddır”

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Rusiya Prezidenti Vladimir Putinin Milli Məclisinin sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edilməsinin müzakirə yaratmasına, parlament üzvlərinin Rusiyaya dost kimi  qələmə verilməsinə münasibət bildirib.

E.Nəsirov Pravda.az-a açıqlamasında deyib ki, bu hadisəyə sosial şəbəkənin müəyyən seqmentlərində göstərilən yanaşma, verilən qiymət təəccüb və təəssüf doğurur.

“Qənaətimiz budur ki, belə insanların siyasətin heç əlifbasından belə xəbərləri yoxdur, nəinki siyasət kitabını oxusunlar. Əvvəla, həmin insanlara üzümü tutub deyirəm ki, Azərbaycan-Rusiyə münasibətləri 2022-ci ilin fevral ayından başlayaraq qarşılıqlı müttəfiqlik münasibətləridir. Biz münasibətlərimizi strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırmışıq. Fundamental məsələlərdə mövqelərimiz üst-üstə düşür. Bu, dövlət siyasətidir və hörmətli Sahibə xanım Qafarova bu siyasəti parlament müstəvisində həyata keçirir. Rusiya bizim üçün qonşu dövlətdir. Qonşularla münasibətlərin yüksək səviyyədə olması Azərbaycan dövlətinin strateji xəttidir. Çox istərdik ki, Ermənistan dövləti də nəhayət ağlını başına yığışsın, Azərbaycanla münasibətlərinin normallaşması istiqamətində konkret addımlar atsın. Biz bütün qonşularla faydalı və mehriban qonşuluq münasibətlərinə sadiqik. Rusiya ilə ayrı-ayrı hallarda anlaşılmaz məqamlar olur. Burada təəccüblü bir şey yoxdur. Hətta müttəfiq dövlətlər arasında beynəlxalq siyasətdə çoxlu sayda belə hallar baş verir, bu gün də baş verməkdədir. Sosial şəbəkələrdə ağızbüzənlərə, ağzıgöyçəklərə üzümü tutub deyirəm ki, Fransa və ABŞ də ən azı NATO çərçivəsində müttəfiq dövlətlərdir. Yadımdadır, 2023-cü ildə məhz ABŞ-nin İraqa qoşun yeritməklə bağlı strateji niyyətinə qarşı çıxış edən əsas dövlət elə Fransa idi. Strateji müttəfiqlər tamamilə baş-başa gəlmişdilər. Bu gün isə Rusiya-Ukrayna müharibəsi fonunda müttəfiqlər arasında yenə son dərəcə ciddi fikir ayrılığı, mövqe toqquşması var. ABŞ və Avropa İttifaqı tamamilə bir-birinə zidd mövqelər ortaya qoyur. Amma bu heç də o anlama gəlmir ki, onlar daha müttəfiq deyillər. Azərbaycan-Rusiya münasibətlərinə də bu prizmadan yanaşmaq lazımdır. Çoxları deyirdi ki, Rusiya heç vaxt Qarabağdan sülhməramlı missiyasını çıxarmayacaq. Bu gün sosial şəbəkələrdə ağızlarına gələni yazanlar, savaddan, bilikdən çox uzaqda olan kəslər belə ifadələr səsləndirirdilər. Nə oldu? Rusiyanın Qarabağda bir əsgəri, texnikası belə qalmayıb. Bu, cənab Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində reallaşdı. Həmin dövlət siyasətini parlament müstəvisində hörmətli Sahibə xanım həyata keçirir. Həmin şəxslərdən soruşuram: Azərbaycanla Rusiya düşmən münasibətində olsalar, bundan kim qazanacaq? Bundan qazanan Ermənistan olacaq. İrəvan çox istərdi ki, Bakı-Moskva münasibətlərində ciddi ixtilaflar yaransın, əlaqələr korlansın, tərəflər bir-birinə düşmən gözü ilə baxsınlar. Biz bunu etməliyik? Xeyr, qətiyyən! Olduqca savadlı, vətənpərvər, cənab Prezidentə sədaqəti ilə seçilən, parlament diplomatiyasını yüksək səviyyəyə qaldıran Sahibə xanım Qafarovaya qarşı sosial şəbəkənin Azərbaycan seqmentinin bəzi üzvlərinin əsassız yanaşmaları bir daha təsdiqləyir ki, öz içimizdə, sapı bizdən olan baltalar var. Əslində, həmin siyasi dairələr Azərbaycan-Rusiya münasibətlərində ixtilaf yaranmasını çox istəyirlər, ağrı-acısını isə biz çəkək. Onlar heç vaxt Azərbaycanın inkişafını istəməyiblər. Azərbaycanın sabitliyindən yuxularına haram qatılıb. Bu gün Sahibə xanımı tənqid edənlər istəyirlər ki, Azərbaycanda vətəndaş həmrəyliyi olmasın, səfərbər olunmuş cəmiyyət parçalansın, hamı bir-birinə düşmən gözü ilə baxsın, azərbaycanlılarla ruslar arasında toqquşma olsun, milyonlarla azərbaycanlı Rusiyadan qovulub çıxarılsın, ölkəmizə qayıtsın, burada qarşıdurma mühiti yaransın. Bu ünsürlərin, sosial şəbəkələrdəki klaviatura "qəhrəmanlarının” əsas niyyəti budur. Azərbaycan dövləri Azərbaycan Xalq Cümhuriyyətinin siyasi hüquqi varisidir. Bu gün Cümhuriyyəti yaradan böyük şəxslərin ruhu şaddır. Onlar 1918-ci ildə Şərq dünyasında ilk dəfə Azərbaycan qadınına seçmək və seçilmək hüququ verdilər. Yeri gəlmişkən, ABŞ özünü dünyanın demokratiya beşiyi hesab edir, halbuki orada qadınlara eyni hüquq 1922-ci ildə verildi. Cümhuriyyəti yaradanların ruhu buna görə şaddır ki, seçmə və seçilmək hüququ verdikləri Azərbaycan qadını bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti səviyyəsinə yüksəlib. Hörmətli Mehriban xanım Əliyeva bu gün cənab İlham Əliyevin apardığı möhtəşəm siyasətə dəstək verir, onun yanındadır, ən yaxın məsləkdaşıdır. Qazandığımız tarixi zəfərlərdə, uğurlarda Mehriban xanımın müstəsna xidməti var. Bu gün Azərbaycan qadını parlamentin sədri səviyyəsinə yüksəlib. Buna görə də Cümhuriyyəti yaradanların ruhu şaddır. Sahibə xanım Qafarova sözün həqiqi mənasında Azərbaycan parlamentinə məhz kübar xanıma məxsus səliqə-sahman gətirib. Azərbaycan parlamentinin sədrinin səsi bu gün dünyanın ən böyük siyasi paytaxtlarından gəlir, Azərbaycan həqiqətlərini, haqq işini, atdığı böyük addımları beynəlxalq ictimaiyyətə çatdırır. Sosial şəbəkələrdəki bəzi ağzıgöyçəklər Azərbaycan dövləti üçün nə ediblər? Daşı daş üstünə qoyublar? Yox. Əksinə, işləri-gücləri ancaq dağıtmaq, məhv etməkdir. Şər-böhtan ifraz etməklə məşğuldurlar. Belə insanlara yazığım gəlir. Onlar həyatda bir epizoddurlar. Heç bu gün yadda qalmırlar, sabah isə heç kim onları xatırlamayacaq. Xatırlayanlar isə deyəcəklər ki, bu insanların işi-gücü ancaq ləkələmək, iftira atmaq olub. Onlar yalquzaqdırlar. Azərbaycan cəmiyyətinin onlara münasibəti bəllidir”, - E.Nəsirov qeyd edib.

Aytəkin Qardaşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Mart 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see195

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see126

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see123

Obyektlərin layihələndirilməsi üzrə hüquqlar müəyyənləşir

10 İyun 2025 15:08see120

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see116

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see116

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see116

Fransa çempionu rus futbolçu ilə maraqlanır

10 İyun 2025 13:52see114

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see114

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see114

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see113

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see113

İndi yalnız əsəb və ağrı hiss edirəm Robert Levandovski

10 İyun 2025 16:50see113

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see113

Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün yalnız ilk addımdır

10 İyun 2025 14:04see113

İyun ayında qarpız yemək olar? Mütəxəssislər xəbərdarlıq edir

10 İyun 2025 10:02see112

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see112

Ekspert: Maskla münaqişə ABŞ ın orbit qruplaşmasını yerləşdirməsini çətinləşdirə bilər

10 İyun 2025 07:41see112

İsrailli nazirdən “Madlin”də saxlanılan aktivistlərlə bağlı maraqlı təlimat: Onlara videonu izlədin...

10 İyun 2025 08:43see112

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri