Icma.az
close
up
RU
Sahibkarın pullarını mənimsəyib TikTokda hədiyyələr göndərən şəxsə hökm oxundu

Sahibkarın pullarını mənimsəyib TikTokda hədiyyələr göndərən şəxsə hökm oxundu

Külli miqdarda mənimsəmədə təqsirləndirilən Nicat Məmmədovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev çıxış edib. O, təqsirləndirilən şəxsin 8 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmədə hökm oxunub. Təqsirləndirilən Nicat Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Məmmədov sahibkar Oruc Quliyevə 69 min 800 manat ziyan vurmaqda ittiham olunur. İttihama görə, Nicat Məmmədov sahibkarın etibarından istifadə edib pullarını mənimsəyib və "TikTok"da ayrı-ayrı fenomenlərə qiymətli hədiyyələr göndərib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə)maddəsi ilə ittiham irəli sürülüb.

APA

seeBaxış sayı:37
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri