Icma.az
close
up
RU
“Made in Azerbaijan”: Qusar bağlarından Rusiya və ərəb ölkələrinədək REPORTAJ FOTO VİDEO

“Made in Azerbaijan”: Qusar bağlarından Rusiya və ərəb ölkələrinədək REPORTAJ FOTO VİDEO

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qusar, 10 iyun, Elxan Yusifli, AZƏRTAC

Ölkəmizin sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artmaqdadır. Bölgələrdə yaradılan çoxsaylı müasir iri meyvəçilik təsərrüfatlarının fəaliyyətə başlaması əhalinin məşğulluğunu təmin etməklə yanaşı, regionların potensialından düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Bu baxımdan məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır.

Azərbaycanda müasir meyvəçilik təsərrüfatlarını özündə birləşdirən iri şirkətlərdən biri də ölkəmizin şimal və şimal-qərb bölgələrində fəaliyyət göstərən “Agrarco” MMC-dir. 2017-ci ildə yaradılmış “Agrarco” MMC yüksəkkeyfiyyətli fındıq, həmçinin tumlu-çəyirdəkli meyvələrin istehsalı və ixracı ilə məşğuldur. Şirkətin Zaqatala rayonunda yerləşən Şimal-qərb mərkəzi əsasən ixrac potensialı yüksək sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir. Bu bölgədə 1300 hektara yaxın fındıq bağı, həmçinin fındıq emalı zavodu və soyuducu anbar kompleksi qurulub.

Qusar rayonunda yerləşən Şimal mərkəzi isə özündə 1000 hektardan çox meyvə bağı və soyuducu anbar kompleksini birləşdirir.

AZƏRTAC-ın bölgə müxbiri “Agrarco” MMC-nin Qusarda yerləşən Şimal mərkəzində olub, şirkətin meyvə istehsalı və ixracı potensialı ilə maraqlanıb.

Şirkətin şimal bölgəsindəki meyvə bağları Qusar, Quba və Xaçmaz rayonları ərazisindədir. Bu bağların 600 hektardan çoxunda fındıq becərilir. Bundan başqa 170 hektar alma, 67 hektar gilas, 42 hektar nektarin, 24 hektar şaftalı, 7 hektar heyva, 1,5 hektar xurma, 1 hektar isə gavalı və badam bağları var.

Şimal mərkəzinin baş aqronomu Arif Qədimli bildirib ki, hər il intensiv formada becərilən meyvə bağlarından 9 min tona yaxın məhsul toplanır: “Hazırda gilas bağlarında yığımın qızğın çağıdır. Mayın 20-dən gilas toplanmasına başlanılıb. Gilas yığıldıqdan sonra soyuducu anbara yerləşdirilir. Burada ölçülərinə, keyfiyyətinə görə çeşidlənir və qablaşdırılır. Xarici bazardan məhsul üçün edilən təkliflər dəyərləndirilir. Bağlardan yığılan gilas ən sərfəli təklif əsasında yerli və xarici bazarlarda müştərilərə satılır. Bağlardan toplanan məhsulun böyük hissəsi satış üçün Rusiya bazarlarına göndərilir. Məhsul göndərdiyimiz xarici bazarlar arasına son illər Birləşmiş Ərəb Əmirlikləri də daxil olub. Gələcəkdə ixracda digər ölkələrin və alternativ bazarların payını artırmağı hədəfləyirik”.

Söhbət zamanı məlum olur ki, ötən il bu bağlardan 6 min ton alma, 1340 ton şaftalı və nektarin, 640 ton armud, 310 ton heyva, 300 ton gilas yığılıb.

“Ölkəmizin digər bölgələrində olduğu kimi, Qusarda da intensiv bağçılığın inkişafına böyük imkanlar yaradılır, dövlət dəstəyi göstərilir. Müasir meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarıla bilən rəqabətədavamlı məhsul istehsal etməkdir. Bizim müasir tipli bağlarımızda xarici sort meyvələr becərilir. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Qarşıdakı illərdə istehsal gücümüzü daha da artırmağı düşünürük”, - deyə Arif Qədimli bildirib.

Onu da qeyd edək ki, “Agrarco” MMC-nin Qusarda yerləşən soyuducu anbar kompleksi 5 min ton məhsul saxlamağa imkan verir. Burada Avropanın tanınmış şirkətlərinin avadanlıqları quraşdırılıb. “Agrarco”nun meyvə tədarükü zəncirində becərmə, emal, qablaşdırma və təchizat əsas yer tutur.

Şirkətin fəaliyyəti yerli əhalinin məşğulluğunu təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Qusardakı bağçılıq və soyuducu anbar kompleksində 200-dən çox yerli sakin daimi işlə təmin olunub. Məhsul yığımı dövründə isə əlavə 300 nəfər mövsümi işlə təmin edilir. Onların işə gəlib-getməsi üçün avtobuslar da təşkil olunur.

“Agrarco” MMC bir sıra yerli və beynəlxalq sərgilərdə də təmsil olunur. Bu sərgilər “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see278

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see251

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see220

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see205

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see200

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see197

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see192

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see179

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see174

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see159

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see154

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see153

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see148

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see145

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see144

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see142

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see140

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see138

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri