Mənimsədiyi pullarla TikTokda hədiyyələr göndərən şəxsə hökm oxundu
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Külli miqdarda mənimsəmədə təqsirləndirilən Nicat Məmmədovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev çıxış edib. O, təqsirləndirilən şəxsin 8 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra məhkəmədə hökm oxunub. Təqsirləndirilən Nicat Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Məmmədov sahibkar Oruc Quliyevə 69 min 800 manat ziyan vurmaqda ittiham olunur. İttihama görə, Nicat Məmmədov sahibkarın etibarından istifadə edib pullarını mənimsəyib və "TikTok"da ayrı-ayrı fenomenlərə qiymətli hədiyyələr göndərib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə)maddəsi ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 22 Noyabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















