Sahibkarlar üçün ƏDV hesabında YENİ imkan
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait köçürmək imkanı yaradılır.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əks olunub.
Qeyd olunub ki, qanun layihəsi neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanının yaradılması məqsədilə hazırlanıb.
ƏDV-nin depozit hesabından fonda vəsaitin köçürülə bilməsi 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq.
Onun şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qanun layihəsi vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öhdəliklərin icrası üçün isə əlavə maliyyə mənbələrinin yaradılmasına, son nəticədə qeyri-neft-qaz özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 13 İyul 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















