Icma.az
close
up
RU
Sahibkarlara dövlət dəstəyi: NƏYİ DƏYİŞƏCƏK?

Sahibkarlara dövlət dəstəyi: NƏYİ DƏYİŞƏCƏK?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycanın iqtisadi siyasətində qeyri-neft və qaz sektorunun inkişafı və ixracın şaxələndirilməsi prioritet istiqamətlərdəndir.

Azərbaycan hökuməti qeyri-neft və qaz ixracının artırılması və yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə ixracatçılara yeni dəstək mexanizmi tətbiq edir.

Yeni qaydalara əsasən, ixrac və müəyyən hallarda daxili daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən kompensasiya olunacaq.

Mexanizmin əsas məqsədi sahibkarların logistika yükünü azaltmaq, ixrac coğrafiyasını genişləndirmək və Azərbaycan mənşəli məhsulların beynəlxalq bazarlara çıxışını stimullaşdırmaqdır.

“Cebheinfo.az”-a açıqlamasında deputat Vüqar Bayramov bildirib ki, ixracatçılara dövlət dəstəyi genişləndirilir.

O qeyd edib ki, ixracatçı sahibkarların xərclərinin böyük hissəsi dövlət tərəfindən qarşılanacaq:

“İxracla məşğul olan sahibkarların dövlət tərəfindən dəstəklənməsi davam etdirilir. Eyni zamanda bu sahədə yeni addımlar da atılır.

Bir tərəfdən, ixracatçı sahibkarların gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi sentyabr ayından etibarən dövlət tərəfindən kompensasiya olunacaq.

Digər tərəfdən isə yükdaşımalar zamanı nəqliyyat xərclərinin Azərbaycanda qeydiyyatda olan nəqliyyat vasitələrindən istifadə edildiyi halda 70 faizi, xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrindən istifadə olunduqda isə 50 faizi geri qaytarılacaq. Bu, sahibkarlığın dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır”. 

Deputat vurğulayıb ki, sentyabrdan sahibkarların ixrac fəaliyyətinə dəstək daha da gücləndiriləcək:

“Məqsəd sahibkarların, xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha yaxından dəstəklənməsidir. Eyni zamanda qeyri-neft və qaz ixracının artırılması da əsas hədəflərdəndir. 

Çünki əsas məqsədlərdən biri ümumi ixracda qeyri-neft və qaz sektorunun payının artırılmasına nail olmaqdır.
Sentyabrın 1-dən tətbiq ediləcək yeni güzəşt mexanizmlərinin və təşviq alətlərinin Azərbaycanın qeyri-neft və qaz ixracının mərhələli şəkildə daha çox artmasına gətirib çıxaracağı gözlənilir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Avqust 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri