Icma.az
close
up
RU
Sahibkarlara şad xəbər: Bu aslılıq bitdi

Sahibkarlara şad xəbər: Bu aslılıq bitdi

Icma.az, Olke.az saytına istinadən bildirir.

Məlum olduğu kimi, SİMA rəqəmsal imza Dövlət Vergi Xidmətinin fərdi sahibkarlar üçün nəzərdə tutulan xidmətlərinə inteqrasiya olunub.

Ölkə.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yeniliyi şərh edib.

O.Gündüz qeyd edib ki, bundan sonra sahibkarlar new.e-taxes.gov.az portalında elektron qaiməni, vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə rahatlıqla təqdim edə biləcəklər:

"Altı ay müddətində tətbiqdən abunəhaqqı ödəmədən istifadə etmək imkanı da yaradılıb. İndiyədək yalnız xarici şirkətə (Best Solutions) məxsus identifikasiya vasitəsi olan "ASAN imza" ilə bu xidmətləri əldə etmək olurdu.

Hazırda təxminən 1 milyonadək aktiv "Asan imza" istifadəçisi var. Başqa sözlə, "Best Solutions" şirkəti hər ay 2 milyon manatdan çox bu resursdan gəlir götürür. Yəni yetərincə gəlirli bir sektorda - identifikasiya bazarında indiyədək rəqabətli bir mühit yox idi".

Ekspert xatırladıb ki, SİMA-nın DVX-yə inteqrasiyası 2 il çəkib: "Hiss olunurdu ki, inteqrasiyada maraqlı olmayanlar da var. Maraqlı olmayanlar da sektorda hamıya məlum idi. Son zamanlar DVX-nin rəqəmsal transformasiyasına xeyli vəsaitlər yatırılıb, AVİS sisteminin söykəndiyi İT infrastruktur xeyli inkişaf etdirilib. Bir müddət öncə DVX mobil tətbiq də istifadəyə verib. Yenicə AZCON Holdinqin tərkibinə qatılan "AzInTelecom"da biometriyaya əsaslanan SİMA rəqəmsal imza infrastrukturunu xeyli genişləndirib.

SİMA-nın populyar və ictimai əhəmiyyət kəsb edən biznes xidmətlərinə inteqrasiyası, Azərbaycanda imza bazarında rəqabətli mühitin formalaşması sahəsində DVX və "AzInTelecom"un səyləri təqdirəlayiqdir. Bütün bunlar ölkədə əlverişli biznes mühitinin yaradılması baxımından da mühüm əhəmiyyət kəsb edir".

"Düşünmək olar ki, bununla da adında ASAN sözü olmasına baxmayaraq ASAN Xidmətə dəxli olmayan, xarici şirkətə məxsus identifikasiya vasitəsinin - "ASAN imza"nın inhisarçılığına son qoyuldu.

Lakin nəzərə almaq lazımdır ki SİMA-nın hələlik hüquqi şəxslər və dövlət qurumları üçün inteqrasiyası başa çatmayıb. Ümid edirəm SİMA-nın dövlət sektoruna, biznes mühitinə inteqrasiyanı də tezliklə başa çatdırarlar. Yeri gəlmişkən, həm də ümid edirəm ki, sahibkarlar üçün güzəşt müddəti başa çatdıqdan sonra SİMA rəqəmsal xidmətindən istifadə üçün tariflər də əlçatan olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see599

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see405

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see276

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see274

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see273

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see271

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see267

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see256

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see254

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see253

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see249

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see247

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see236

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see229

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see219

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see215

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see215

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see212

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see197

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri