Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov arasında görüş keçirilib.
ASA-dan verilən məlumata görə, görüşdə ASA-nın İcraçı direktoru Elmar Mirsalayev Assosiasiya haqqında və sığorta sektorunda görülən işlər barədə geniş məlumat verdi. İcraçı direktor öz çıxışında sahibkarlıq subyektlərinin sığorta cəlb olunmasının iqtisadi dayanıqlıq üçün oynadığı əhəmiyyətli roluna toxundu.
ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov öz növbəsində sığorta sektorunda həyata keçirilən islahatları və müşahidə olunan bazar böyüməsini yüksək qiymətləndirdiyini bildirdi. Qeyd etdi ki, sahibkarların çoxçeşidli sığorta xidmətlərindən mütəmadi olaraq yararlanması ümumilikdə ölkə iqtisadiyyatının davamlı böyüməsinə təkan verən başlıca amildir.
Tərəflər, növbəti mərhələdə sahibkarlar arasında sığorta məlumatlılığının sistemli şəkildə təmin olunması və biznes subyektlərinin sığortaya əlçatanlığının artırılması yönündə razılığa gələrək birgə əməkdaşlıq haqqında memorandum imzaladılar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 30 İyun 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















