Sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölk.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qabil Əbdüləliyev agentliyin yaydığı videomaterialda bildirib.
Onun sözlərinə görə, yeni təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda qida təhlükəsizliyi ilə bağlı müxtəlif tədbirlərlə yanaşı, ölkənin bioloji təhlükəsizliyinin gücləndirilməsi də əsas istiqamətlərdən biri kimi müəyyən edilib.
Dövlət Proqramında zoonoz xəstəliklərə qarşı yeni mübarizə strategiyasının hazırlanması, bu sahədə kadr potensialının artırılması, xəstəliklərdən azad zonaların yaradılması və sahibsiz heyvanların idarə olunması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Q.Əbdüləliyev qeyd edib ki, sahibsiz heyvanlar dünyanın bir çox ölkəsində aktual problem olaraq qalır və zoonoz xəstəliklərin yayılmasında mühüm rol oynayır. Bu baxımdan Azərbaycanda da sahibsiz heyvanların idarə olunması istiqamətində sistemli tədbirlərin görülməsinə ehtiyac var.
Dövlət Proqramına uyğun olaraq, ölkənin şəhər və rayonlarının inzibati ərazi vahidlərində sahibsiz heyvanların məskunlaşma vəziyyəti və sayından asılı olaraq müvafiq müəssisələrin yaradılması planlaşdırılır.
AQTA həmin müəssisələrin layihələndirilməsi, tutulan heyvanların heyvan rifahı və baytarlıq tələblərinə uyğun saxlanılması və idarə edilməsi istiqamətində metodiki dəstək göstərəcək. Eyni zamanda müəssisələrin qeydiyyata alınması, qəbul edilən heyvanların identikləşdirilməsi və digər zəruri prosedurların həyata keçirilməsinə metodiki köməklik göstəriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 14 Sentyabr 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















