Dəmiryolu xəttinə çıxan sahibsiz heyvanların sahibləri cərimələnirlər VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dəmiryolu xəttinə çıxan sahibsiz heyvanları qatar vurur. Bu ilin 7 ayında artıq 27 belə hadisə qeydə alınıb. Avtosfer.az-ın məlumatına görə, ''Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin əməkdaşı Bəxtiyar Hacıyev bildirib. O deyib ki, hadisələr zamanı həm qatarlara zərər dəyir, həm də sərnişinlərin həyatı üçün risk yaranır. Məsələ təkcə maddi ziyanla məhdudlaşmır. Belə hallarda heyvan sahibləri də inzibati qaydada məsuliyyətə cəlb edilirlər. Mal-qaranı sutkanın qaranlıq vaxtında və ya məhdud görünmə şəraitində dəmir yollarından nəzərdə tutulmayan yerdən keçirməyə görə 80 manat məbləğində cərimə nəzərdə tutulub. Bəxtiyar Hacıyev onu da əlavə etdi ki, sürü, mal-qara dəmiryol xəttindən təhlükəsiz keçirilmək üçün dəstələrə bölünməlidir.
Qeyd edək ki, heyvanlar vurulduqda qatara dəymiş zərər də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti tərəfindən hesablanır və məhkəməyə müraciət edilir. Buna səbəb olan fermer aşkar edilir və o, dövlət əmlakına dəymiş zərəri ödəyir.
Daha ətraflı videomaterialda.
Baxış sayı:59
Bu xəbər 26 Avqust 2025 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















