Icma.az
close
up
RU
Şahidin ifadəsi Ağadadaş Ağayevi hiddətləndirdi

Şahidin ifadəsi Ağadadaş Ağayevi hiddətləndirdi

Icma.az bildirir, Axar.az portalına istinadən.

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə son iki şahid ifadə verib.

Şahid Xuraman Abbasova bildirib ki, "MedEra" hospitalda xadimə işləyir. Onun sözlərinə görə, hadisə baş verən gün işdə olub:

"Ağadadaş Ağayev nalayiq ifadələr işlədə-işlədə xəstəxanaya yaxınlaşırdı. Baltanı atmağının da şahidi oldum. Ağadadaş müəllim bayırdan baltanı atdı, Nəzakət xanıma dəydi. Həmin vaxt Nəzakət xanım bir az içəridə dayanmışdı".

Ağadadaş Ağayevin vəkili Asim Abbasov şahidin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğunu bildirib.

Şahidin ifadəsi A.Ağayevi də hiddətləndirib. Belə ki, xalq artisti ona bir neçə sual ünvanlayıb:

"Siz deyirsiniz ki, balta birbaşa Nəzakət xanıma dəyib, amma yalan danışırsınız. Əlimizdə videogörüntülər var, oradan məlumdur ki, balta birbaşa Nəzakət xanıma dəyməyib. Hüquq-mühafizə orqanları sizin ifadənizi araşdıracaq. Yalan danışdığınıza görə məsuliyyət daşıyırsınız".

Prosesdə şahid qismində ifadə verən "MedEra" hospitalın xəzinədarı Güldəstə Aşurlunun sözlərinə görə, həmin gün işə gələrkən Ağadadaş Ağayevin balta ilə arxasınca gəldiyinin şahidi olub:

"İçəri daxil olanda bir nəfərin nalayiq ifadələr işlədə-işlədə Nurəddinə yaxınlaşdığını gördüm, Ağadadaş Ağayev olduğunu bilmirdim. Onlar həm qarşılıqlı dava edir, həm də söyüş söyürdülər. Ağadadaş Ağayev baltanı atanda Nəzakət xanıma dəydi. Sonra Nurəddinin üzünün qanlı olduğunun və təcili yardıma yaxınlaşdığının şahidi oldum. Həmin vaxt panikada idik, özümüzü müdafiə etmək üçün hadisə yerindən kənarda dururduq. Ona görə də hadisə tam yadımda qalmayıb".

Təqsirləndirilən şəxsin vəkili Asim Abbasov bu şahidin də ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətli məqamların olduğunu deyib. Şahid Güldəstə Aşurlu bunu hadisədən keçən müddətlə əlaqələndirib. O deyib ki, bir neçə ay keçdiyi üçün təfərrüatlar tam yadında qalmayıb.

Bununla da xalq artistinin cinayət işi üzrə şahid ifadələri yekunlaşıb. Belə ki, növbəti prosesdə sənədlər tədqiq olunacaq. Ağadadaş Ağayev barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclaslarda yekunlaşacağı da gözlənilir.

Məhkəmənin növbəti iclası yanvarın 30-da keçiriləcək.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Həmçinin Ağadadaş Ağayevin "MedEra" hospitala, eləcə də hospitalın xalq artistinə qarşı qaldırdığı mülki iddiaya da xitam verilib.

Lakin həm Ağadadaş Ağayevin, həm də Nurəddin Cəlilovun barəsində açılan cinayət işləri üzrə məhkəmə prosesləri davam edir.

Xatırladaq ki, hadisə ötən ilin iyul ayında baş verib.

Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.

Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Yanvar 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri